CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibiheybət də Balaxanıya oxşayacaq - FOTO

© Photo : Facebook / Vugar ShikhammadovBibiheybət qəsəbəsi
Bibiheybət qəsəbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni şəkillərdən görünür ki, Bibiheybət qəsəbəsi Balaxanının görkəmini alacaq. Qeyd edək ki, qısa müddət ərzində dəyişən Balaxanı yerli turistlərin böyük marağını cəlb edib

BAKI, 16 sentyabr — Sputnik. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi yenilənəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səbail rayon icra hakimiyyəti başçısının müavini Vüqar Şıxməmmədov məlumat verib. Yeni şəkillərdən görünür ki, Bibiheybət qəsəbəsi Balaxanının görkəmini alacaq.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Qeyd edək ki, Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edib və qəsəbədə xeyli iş görülüb. Qısa müddət ərzində Balaxanı yerli turistlərin böyük marağını cəlb edib.

 

Xəbər lenti
0