Bakıda yağışlı hava, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

7
(Yenilənib 15:00 16.09.2020)
Sentyabrın 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 16 sentyabr - Sputnik. Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında əsasən səhər və axşam fasilələrlə  yağış  yağacağı gözlənilir.  Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz  təşkil edəcək.  Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Sentyabrın 17-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-20, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz  15-20 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

7
Elektron qolbaq, arxiv şəkli

"Ev dustaqlığı nədir?" prokurorluq açıqlayır

0
Mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı Baş Prokurorluğun Mətbuat xidməti maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim edir

BAKI, 24 sentyabr — Sputnik. Vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, hazırda təqdim olunan videoda "Heç bilirdinizmi "ev dustaqlığı" nədir?" mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunmuş videonu eyni zamanda Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

0
Teqlər:
maariflənmə, Baş Prokurorluq, ev dustaqlığı, ev
Əlaqədar
Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı
Dağıstanda tutulan 3 azərbaycanlı ev dustaqlığına buraxıldı
DSX generalı ev dustaqlığına buraxıldı
Həbsdən ev dustaqlığına: pandemiya məcbur etdi
Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gənc qadın əməliyyatdan sonra öldü

6
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

6
Teqlər:
prokurorluq, əməliyyat, xəstəxana, Bərdə