Sənədin imzalanması

Bakıda sağ insanları ölü kimi sənədləşdirənlərə cinayət işi açıldı

24
(Yenilənib 17:19 15.09.2020)
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

BAKI, 15 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalar yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb: "Daxil olmuş məlumatlarla bağlı tərəfimizdən bildirilir ki, Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Xəzər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

24
Teqlər:
cinayət, icra hakimiyyəti, Türkan
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Nyu-Yorkda divarda təsvir, arxiv şəkli

Koronavirusun daha bir ştammı aşkarlandı

10
(Yenilənib 23:39 20.01.2021)
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.

Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.

Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.

"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.

Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.

ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.

10
Teqlər:
mutasiya, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası