Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 sentyabr — Sputnik. Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin daim inkişaf etdiyi vurğulanıb.
BAKI, 25 yanvar — Sputnik. "Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları"nda dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Naxçıvanda bilik və bacarıqlarının qiymətləndirilməsində zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə 6 (altı) ay sonra təkrar qiymətləndirilmədə yenidən iştirak etmək üçün muxtar respublikanın Mədəniyyət Nazirliyinə müraciət edə biləcəklər.
Həmçinin təkrar qiymətləndirmədə iştirak etməyən və bu qaydalar ilə müəyyən olunan keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaqlar. Həmin müəllimlərin əmək müqaviləsinə xitam veriləcək və nazirlik tərəfindən vakant yerlərə işə qəbul üçün Naxçıvanın Dövlət İmtahan Mərkəzinə müraciət ediləcək.
BAKI, 25 yanvar — Sputnik. Rusiyanın "Vektor" mərkəzi koronavirusun Britaniya ştammının fotosunu yayıb.
Sputnik Azərbaycan bildirir ki, şəkil "Rospotrebnadzor"un saytında yayımlanıb.
Ştammın şəklini virusun yeni variantının tədqiqatı çərçivəsində mikroskop vasitəsilə çəkiblər. Alimlər laboratoriya heyvanlarından istifadə edərək virusun struktur xüsusiyyətlərini, eləcə də hüceyrələrdə, eksperimental modellərdə təzahürlərini öyrənirlər.
Qurumdan bildiriblər ki, hazırlanmış PZR testləri variant virusunu mutasiyaya uğramamış virusdan fərqləndirə bilir. Həmçinin "Rospotrebnadzor"un məlumatına görə, COVID-19-un yeni mutasiyaları "EpiVakKorona" vaksininin effektivliyinə təsir etmir.