Əlil, arxiv şəkli

Yerimək üçün sığortanı gözləməlidirlər

46
(Yenilənib 16:44 15.09.2020)
"Növbədə isə diz implantı üçün 2500 nəfər var. Bəhanə edirlər ki, növbə çatmayıb və diz implantı çatışmır. Problem ondadır ki, həm diz implantı çatışmır, həm də pul istəyirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Artıq bir müddətdir ki, xəstələr xəstəxanalarda müxtəlif müalicə və cərrahi əməliyyatların dövlət hesabına həyata keçirilməsində ləngimə olduğundan şikayətlənirlər. Hətta səhhətlərində yaranmış problemə görə xəstələr arasında əməliyyatı öz şəxsi vəsaiti hesabına ödənişli klinikalarda etdirənlər də var. Bu günlərdə isə Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) narazılıq edib. A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı (endoprotez) sahəsində problemlər yarandığını deyib. "TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb", - deyə A.Nağıyev əlavə edib. O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir.

Sputnik Azərbaycan yaranmış problemin səbəbini araşdırıb.

A.Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, bununla bağlı TƏBİB-ə müraciət edib:

"TƏBİB bildirir ki, hamı icbari tibbi sığorta olunmalıdır. Sığortada həmin implantın qiyməti 6000 manatdır. Növbədə isə diz implantı üçün 2500 nəfər var. Bəhanə edirlər ki, növbə çatmayıb və diz implantı çatışmır. Problem ondadır ki, həm diz implantı çatışmır, həm də pul istəyirlər".

Sputnik Azərbaycan problemlə bağlı TƏBİB-ə müraciət edib. TƏBİB-dən isə mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etməyimizi tövsiyə ediblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən, icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi nəzərdə tutulub. Agentlik tərəfindən icbari tibbi sığorta birinci mərhələdə 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Tovuz rayonunda isə icbari tibbi sığorta 2021-ci il 1 yanvar tarixindən tətbiq ediləcək: "İcbari tibbi sığortanın Xidmətlər Zərfindən hazırda icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazilərin əhalisi istifadə edə bilər. Xidmətlər Zərfi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir.

Diz oynağının total dəyişdirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb. Xidmətin tarifi 3500 manatdır. Xidmətin tarifi Agentlik tərəfindən tibb müəssisəsinə ödənilir.

Tibbi xidmətin tarifinə aşağıdakılar daxildir:

• Əməliyyat önü müayinə və həkim konsultasiyası

• İnvaziv müdaxilə önü müayinə və həkim konsultasiyası

• Anesteziya stasionar tibbi xidməti

• Reanimasiya və stasionarda yatış

• Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf

• Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər)

• Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi

• Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər.

Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq>>

Qeyd edək ki, təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının sayı 300 müəyyən edilir. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ikinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonda (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul) tətbiq ediləcək.

Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək".

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, icbari tibbi sığorta ölkə üzrə tam tətbiq edilməyincə, əhalinin diz implantı ilə bağlı əməliyyatı yalnız öz hesablarına mümkündür.

Hətta Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan da Sputnik Azərbaycan-a bildirdilər ki, diz implantı əməliyyatı dayandırılıb. Səbəb isə diz implantının olmamasıdır.

Özəl klinikalarda isə bu əməliyyat olduqca baha başa gəlir. "Turan" klinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, travmatoloq-ortoped Amir Bədəlovun etdiyi bu endeprotez əməliyyatı 6500 manata başa gəlir. Əlaqə saxladığımız digər klinikalarda da bu əməliyyatın qiyməti 6500-7000 manat arasında dəyişir.

46
Əlaqədar
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində verildi
Əlini yerinə tikib həbsxanaya göndərdilər: "cəsarətli" qızın sığorta fırıldağı baş tutmadı
Reabilitasiya müəssisələrinə qəbul dayandırılıb
Azərbaycanda sosial ödənişlər: kim nə qədər alır?
Kəpənəyin saldığı yol ilə gedən qəhrəman - "Özümə, sən həyatına davam etməlisən, dedim"
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

62
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

62
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

356
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

356
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

0
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

0
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib