Ovçu, arxiv şəkli

Başabəla ovçuların tüfənglərini əllərindən aldılar

8
(Yenilənib 13:40 15.09.2020)
Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb

BAKI, 15 sentyabr — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb. "Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub".

8
Teqlər:
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, brakonyer, ov tüfəngi, ovçu, ov
Əlaqədar
Ov adını eşidən "nişangaha gəlir"
Azərbaycanda ov edən əcnəbi tapılmadı - Koronavirus onları qovub
Nə əylənə bildilər, nə qarınları doydu, hələ pulları da getdi
Milli parkda quş ovunun qarşısı alınıb
Evdən ov tüfəngi oğurladılar - atəş açmasa yaxşıdır
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Heç kim övladını oraya göndərmək istəmir: şagirdlərin həyatı üçün ciddi təhlükə var - FOTO

10
(Yenilənib 11:29 28.09.2020)
"Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər", - kənd sakini

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Yeni dərs ili başlasa da Tovuz rayonu Aşağı Öysüzlü kəndinin sakinləri övladlarını məktəbə göndərməyə tərəddüd edirlər. Bir çox yerlərdə bu, pandemiya ilə əlaqədar olsa da öysüzlülərin başqa səbəbləri var. Belə ki, onlar övladlarının hər an uçmaq təhlükəsi olan məktəbdə uçqun altda qalmalarını istəmirlər.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Sputnik Azərbaycan-a danışan sakinlər 1 mərtəbəli 3 korpuslu məktəb binasından ikisinin yaşının 100 ildən artıq olduğunu söyləyiblər. Belə ki, hər biri 5 sinif otağından ibarət bu tikililər ötən əsrin əvvəllərində yerli bəylərin at tövləsi məqsədilə inşa olunub. Sovet hakimiyyəti dövründə öncə uşaq evi, 1948-ci ildən isə məktəb kimi fəaliyyət göstərib. Digər korpus isə 1972-ci ildə tikilməsinə baxmayaraq indiyədək təmir olunmayıb. Nəticədə sinif otagının divarlarında yaranan iri çatlar, tavanı əvəz edən beton plitələrin deformasiyaya uğraması, taxta dözəmənin yararsız halı həm şagirdlər, həm müəllimlər üçün ciddi təhlükə yaradır.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Kənd sakini Ziyəddin Hüseynov bir vaxtlar rayonun ən çox bal toplayan şagirdlərinin bu məktəbdən çıxdığını, lakin hazırda o şöhrətdən çox uzaq olduğunu söyləyib:

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Heç kim burada övladını oxutmaq istəməz. Uşaqlarımızın həyatı hər an təhlükə qarşısındadır. Divarların çatına əl girir. Üstünün beton plitələri aralanıb. Yağış birbaşa sinif otaqlarına yağır.  Döşəmənin arasından hər cür həşərat çıxır. Bu da uşaqların həyatına ciddi təhlükə yaradır. Kimin imkanı var, maşını var, övladını rayon mərkəzinə, yaxud qonşu kəndə aparır. 1-2 il bu vəziyyətdə qalsa, məktəbdə bir nəfər belə şagird qalmayacaq”.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

O, dəfələrlə kənd sakinlərinin aidiyyatı qurumlara məktublar ünvanladıqlarını, cavab kimi isə yalnız təsəlli aldıqlarını bildirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Digər sakin Minə Əliyeva isə övladlarını məktəbə qorxa qorxa göndərdiklərini söyləyib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər. İstəyimiz odur ki, məktəbimiz təzələnsin. Biz də ürəklə uşaqlarımızı məktəbə yola salaq”,- deyə istəyini dilə gətirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Məktəb rəhbərliyi də sakinlərlə  həmfikirdir. Direktor Rahilə Həsənova hər il şagird sayının azaldığını, məktəb nəticələrinin aşağı düşdüyünü vurğulayıb:

  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Məktəbin direktoru Rahilə Həsənova
    © Sputnik / Ilham Mustafa
  • Fikrət Tağıyev - təhsil idarəsinin rəsmisi
    © Sputnik / Ilham Mustafa
  • Ziyəddin Hüseynov
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəbimiz ənənəsi olan, ən qabaqcıl təhsil ocaqlarından olub. Lakin qəzalı olduğundan ildən-ilə şagird sayı azalır. Valideynlər övladlarını bu məktəbə qoymağa ehtiyat edirlər. Bu il iyul döyüşlərində məktəb yaxınlığına iki top mərmisinin düşməsi isə vəziyyəti daha da acınacaqlı edib. Əvvəlki çatları daha da böyüdüb, eyni zamanda yeni çatlar əmələ gəlib”.

10
Teqlər:
bina, siçovul, ilan, şagirdlər, vəziyyət, bərbad, kənd, məktəb, Aşağı Öysüzlü, Tovuz
Əlaqədar
Deputatdan bank inhisarçılığına etiraz: Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

88
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88