Daşkəsən rayonu ərazisində Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri

Xoşbulaq yaylağında 3000 min il bundan əvvələ aid ibadətgah yeri aşkar edildi - FOTO

52
Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun son tunc-ilk dəmir dövrü ilə tarixlənərək, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası Daşkəsən rayonu ərazisində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, ekspedisiyanın rəhbəri, dosent Bəxtiyar Cəlilovun verdiyi məlumata görə, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə qazıntıya cəlb edilərək tədqiq edilib. Tədqiq edilən kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olmuşdu. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla, üzəri sal daşlarla örtülüb: "Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edildi. İnsan üzü şərqə doğru olmaqla, sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn edilib. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanmış bəzək əşyaları ilə təmsil olunur. Abidədən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin müqayisəli təhlili onun son tunc-ilk dəmir dövrü ilə tarixlənərək, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti daşıyıcılarına məxsus olduğunu göstərir".

  • Daşkəsən rayonu ərazisində Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri
    © Photo : Azerbaijan National Academy of Sciences
  • Daşkəsən rayonu ərazisində Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri
    © Photo : Azerbaijan National Academy of Sciences
  • Daşkəsən rayonu ərazisində Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri
    © Photo : Azerbaijan National Academy of Sciences
1 / 3
© Photo : Azerbaijan National Academy of Sciences
Daşkəsən rayonu ərazisində Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri

"Bununla yanaşı, ekspedisiya müddətində ərazidə tədqiq olunmuş, biri digərindən 20 metr aralı olan iki kurqan arasında aparılan qazıntılar zamanı mütəxəssislərin xüsusi marağına səbəb olmuş tikili qalığı aşkar edildi. İlkin nəticələrə əsasən, qaya daşlarından dördkünc formada inşa edilmiş bu tikilinin ibadətgah və ya hər hansı bir dini ritual məkan olduğu təxmin edilir. Tikili qalığının içərisindən aşkar edilmiş maddi mədəniyyət nümunələri onun kurqanlarla eyni dövrə aid olduğunu göstərir. Dini ritual tikili qalığının içərisindən ocaq izləri və daşdan hörülmüş xüsusi hücrələr aşkar edilmişdi. Tikilinin salamat qalmış divarlarının hündürlüyü bir metrə yaxındır. Tikili qalığından aşkar edilmiş dəlillər və arxeoloji nümunələr üzərində tədqiqatlar davam etdirilir", - deyə dosent bildirib.

Qeyd edək ki, arxeoloji ekspedisiya zamanı Xoşbulaq kəndinin kənarında, Xoşbulaq çayının sağ sahilində bir ədəd daş qutu qazılaraq tədqiq edilib. Qaya daşlarından hazırlanmış qəbir kamerasının üzəri iki ədəd sal qaya ilə örtülüb. Daş qutudan 6 ədəd saxsı qab nümunəsi, bir ədəd tunc kəmər, bir ədəd dəmirdən hazırlanmış xəncər və bir insana məxsus skeletin qalıqları aşkar edilib. Arxeoloji abidələrdən aşkar edilmiş nümunələr laborator şəraitdə tədqiq edilmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna gətirilib. Mütəxəssislər ərazidə aparılan arxeoloji qazıntılar və onlardan əldə edilən elmi nəticələrin Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının dini dünya görüşləri, dəfn adətləri və ümumilikdə, bəhs edilən dövrün tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər.

52
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Əlaqədar
Arxeoloqlarımız 50 il sonra yenidən o qalaya qayıtdılar - FOTO
Naftalanda bundan belə neftlə tarix "yarışacaq"
Qarabağda Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb –qazıntı yerindən kadrlar
Uşaqları evin içində, böyükləri həyətdə basdırıblar: Lələtəpənin sirrini türklər açacaqlar
Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

16
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

16