“Yanardağ” qoruğu

“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

10
(Yenilənib 23:05 14.09.2020)
“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu bundan sonra “Dövlət Turizm Agentliyi”nin tabeliyidə fəaliyyət göstərəcək.

BAKI, 14 sentyabr — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edib.

Həmçinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarla təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Müvafiq qərarları Baş nazir Əli Əsədov imzalayıb.

Beləliklə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu bundan sonra “Dövlət Turizm Agentliyi”nin tabeliyidə fəaliyyət göstərəcək.

Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.

“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərəcək. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını rəhbər tutacaq.

Qoruq “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” “Dövlət Turizm Agentliyinə” təqdim edəcək.

Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanı ilə Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması məqsədilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi” yaradılıb.

Qərarla həmçinin Mərkəzin Nizamnaməsi təsdiq edildiyindən Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarını idarəetmə səlahiyyəti həmin Mərkəzə verilib. Buna uyğun olaraq “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya Qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət Qoruğunun, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq Qoruğunun və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət Qoruğunun əsasnamələrində müvafiq dəyişikliklər olunub.

“Yanardağ” qoruğu, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Mərkəz bu qərarların qəbul olunması ilə bağlı qoruqların idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlanması, qoruqların tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim etməsi, təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etməsi; qoruqların inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər ilə Qoruqları maliyyələşdirir və toplanılan gəlirdən Qoruqların inkişaf etdirilməsi məqsədilə Qoruqların ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə etməsi səlahiyyətlərini əldə edib.

10
20 nömrəli məktəbdə tədris prosesi, arxiv şəkli

Məktəb direktoru olmaq istəyənlərə pulsuz dərs keçəcəklər

1
(Yenilənib 18:36 22.09.2020)
Qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

BAKI, 22 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.

Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.

Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur.

Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

1
Teqlər:
pulsuz, təlim, direktor, məktəb
Meyvə və tərəvəz satışı, arxiv şəkli

"Bazarlara nəzarət artırılmalıdır" - Baş infeksionist

1
(Yenilənib 18:21 22.09.2020)
"Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "Koronavirusla yaşamağa öyrəşməliyik" fikrini regionlarımızdakı əhali özünəməxsus surətdə başa düşüb. Virusdan qorunmaq üçün qoyulan qadağalara əməl etmək əvəzinə, çoxları onu vecinə almamağa çalışır, tibbi maska taxmır, sosial məsafəni gözləmir.

Bir neçə gün əvvəl Şəkidə baş verən hadisə də bunu təsdiqlədi. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edildi. Bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın dezinfeksiya edilməsi məqsədi ilə o, sentyabrın 18-dən üç gün müddətində karantinə bağlandı. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldü və "Şəki Bazar" ASC fəaliyyətini yenidən bərpa etdi. Bildirilir ki, orada virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Sputnik Azərbaycan regionlarda alış-veriş mərkəzlərində koronavirus təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki şəhərində bazarda virusa yoluxma halının qeydə alınması çox ciddi siqnaldır:

“Koronavirus pandemiyasına görə karantin rejimi bütün ölkəni əhatə edir. Ona görə də bölgələr də daxil olmaqla karantin qaydalarına hər yerdə əməl olunmalıdır. Hansısa zona sərt karantin rejimindən çıxıbsa, bu o demək deyil ki, həmin yerdə tibbi maska taxılmamalıdır. Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir. Şəki bazarında baş verən hadisə də göstərdi ki, orada virus yayan insanlar olub. 12 nəfərin bu virusa yoluxması faktı bazarda tibbi maska ilə bağlı tələbə də əməl olunmadığını göstərir”.

C.İsayev bildirir ki, regionlarda yoluxma hallarının qeydə alınması tibbi maska ilə bağlı tələbə nəzarətin zəif olmasından qaynaqlanmır: “Bu bir məsuliyyətdir. Çox təəssüf ki, insanlar bölgələrdə bu qaydalara əməl etmirlər. Nəzarət olduğunu görən kimi tibbi maska taxır, nəzarət olmadığını görən kimi çıxardırlar. Belə hallar paytaxtda da var. İnsanlar bəşəriyyətin bir bəla ilə üz-üzə olduğunu dərk etməli, özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün tibbi maskadan istifadə etməlidirlər. Bu artıq bizim bir həyat tərzimizə çevrilməlidir”.

Baş infeksionist bölgələrdə bazarlara nəzarətin artırılmalı olduğunu da söyləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, bazarlarla bağlı xüsusi tələblər olmasa da, ictimai-iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə bağlı hazırlanan metodiki göstərişlər bazarlara da aiddir.

1
Teqlər:
Şəki, Cəlal İsayev, infeksionist, Koronavirus, epidemiya, COVID-19, bazar
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Suriyada terrorçulardan azad edilən Yarmuk düşərgəsi, arxiv şəkli

Suriyada azərbaycanlı uşaqlar işgəncələrə məruz qalırlar - Ombudsman

0
(Yenilənib 19:06 22.09.2020)
Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

BAKI, 22 sentyabr — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından bildirilib. Qeyd edilib ki, Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən Müvəkkil COVID-19 pandemiyası ilə əlaqədar təsisatda müvəqqəti olaraq insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin elektron formada, qaynar xətt və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini qeyd edib.

Müvəkkil Suriya Ərəb Respublikasında davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda həmin ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. O qeyd edib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar. Müvəkkilin sözlərinə görə, Suriyada əsir və girovların saxlanıldıqları çadır düşərgələrində vəziyyət artıq humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatıb.

Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün dəstək verilməsini xahiş edib.

Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlandığını və aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günə qədər həmin insanların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa olunmadığını və bununla bağlı Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini təəssüflə qeyd edib.

Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.

0
Teqlər:
işgəncə, qadın, uşaq, girov, düşərgə, Suriya
Əlaqədar
Rusiyada terrorçuları cəlb edərək Suriyaya göndərən kanal aşkar edilib
"Amerikalılar, evinizə gedin!": Suriyada nə baş verir
DTX "Ceyşullah"ın tərkibində vuruşmuş şəxsi həbs etdi
Pakistanda tutulub Bakıya gətirilən terrorçuya hökm oxundu