CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlər arasında oğlanlar qızları yüz min fərqlə üstələdi - Azərbaycanda

Abunə olmaq
2020-2021-ci tədris ilində Azərbaycanda məktəbə gedəcək oğlan uşaqlarının sayı qızlara nisbətdə yüz mini keçib.

BAKI, 14 sen — Sputnik. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirildiyinə görə, şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

Xəbər lenti
0