Boşanma

Afaq Bəşirqızının oğlu yeni direktor olan xanımından boşanır

1014
(Yenilənib 15:12 13.09.2020)
Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək

BAKI, 13 sentyabr — Sputnik. Afaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşayır.

Sputnik Azərbaycan unikal.org-a istinadən bildirir ki, Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

Xatırladaq ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya  ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

Xalq artistinin oğlu Səmral Təhməzov isə bu ilin iyununda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərinin müavini təyin olunub.

1014
Teqlər:
məktəb direktoru, boşanma, gəlin, oğul, xalq artisti, aktrisa, Afaq Bəşirqızı
Əlaqədar
Təhsil Nazirliyində maraqlı təyinat
Karantin gündəmi: Afaq Bəşirqızının səhvi və qiyamətə qalmayan qisas
Afaq Bəşirqızı: "Martdan bəri verilən sərəncamlardan sui-istifadə olunub"
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

13
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

13
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

14
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

14
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar