CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəyə milyonlar qazandıran o “əjdaha”dan niyə bizdə yoxdur?!

© Sputnik / Ismail RafigogluDoşab
Doşab - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyin əməkdaşı ölkəmizdə keçibuynuzu təsərrüfatının effektiv olacağına inanmır. Nəbatət Bağının laboratoriya müdiri isə deyir ki, bu bitkini becərmək çətin iş deyil.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Qış aylarında soyuqdəymənin müalicəsində geniş istifadə edilən keçibuynuzu bitkisi Azərbaycanda o qədər də populyar deyil. Lakin bəzi ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş yayılaraq əsas gəlir mənbələrindən birinə çevrilib. Türkiyədə cari ilin 7 ayında bu bitki ölkəyə iqtisadi cəhətdən 30 milyon lirə xeyir gətirib. Orada keçibuynuzunun 70 faizi yabanı ağaclardan əldə edilir. Bəs insan üçün çox böyük faydaları olan bu bitki Azərbaycanda niyə becərilmir?

Череп животного, фото из архива - Sputnik Azərbaycan
Fermerlərə muştuluq: Vəhşi heyvanlar mal-qaranızı parçalasa da, ziyana düşməyəcəksiniz

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a bildirib ki, ölkəmizdə keçibuynuzuna yabanı formada, yolların qırağında, kənd yerlərində rast gəlmək mümkündür.

"Kənd yerlərində ona bal ağacı deyirlər. Yəni, onu daşla vurub salıb elə yerindəcə yeyirlər. Bizdə bu bitki hələlik ancaq yabanı şəkildə bitir. Amma onun mədəni formada da bitirilməsi mümkündür. Xüsusən də dağlıq və dağətəyi bölgələrdə onu yetişdirmək olar”, - deyən Nəsirli bildirib ki, Qəbələ kimi bəzi rayonlarda onu yığıb yolun qırağında satırlar. Həmçinin onun şirəsini çıxartmadan, müəyyən ədviyyatlarla qatıb dərman kimi istifadə edirlər:

“Bu bitki bronxit, mədə-bağırsaq sistemi problemləri üçün çox effektli sayılır. Lakin bu, sənaye əhəmiyyətli bitki olduğundan, onun şirəsini əllə sıxıb çıxarmaq mümkün deyil. Azərbaycanda keçibuynuzunun plantasiyası, seleksiyası da yoxdur. Yəni bu sahə bizdə inkişaf etdirilməyib”.

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Türkiyədə mədəni formada becərilən  keçibuynuzu mövcuddur. Odur ki, biz yabanı olan bu ağaclardan Türkiyədəki eyni effekti ala bilmərik. Çünki bazarda bu bitkiyə tələbatın nə qədər olduğunu da bilmirik.

Уборка урожая зерновых - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda bir ilk - Fermerlərin işi daha da asanlaşır

"Türkiyədə bu bitki elmi cəhətdən öyrənilib, seleksiyası təşkil olunub, bağları salınıb, onu tədqiq edən laboratoriyalar fəaliyyət göstərir", - deyə ekspert əlavə edib.

N.Nəsirlinin sözlərinə görə, hazırda Azərbaycanda satışda olan keçibuynuzu bəhməzi əsasən Türkiyə və İrandan gətirilir.

Keçibuynuzunun Azərbaycanın kənd təsərrüfatı üçün xarakterik olmadığını vurğulayan ekspert hesab edir ki, o, yaxın gələcəkdə də ölkəmizdə əlçatan olmayacaq:

"Hazırda dayandığımız nöqtədən baxanda, bu bitki mənim üçün o qədər də cəlbedici görünmür. Çünki biz istehlakla bağlı rəqəmləri bilmirik. İdxala gəlincə, bizdə kofe idxalı keçibuynuzu idxalından dəfələrlə çoxdur. Seçim qarşısında qalsaq, qəhvə ağacları əkərik. Amma niyə əkmirik?! Çünki hər kənd təsərrüfatı bitkisini əkib-becərmək iqtisadi baxımdan sərfəli deyil. Həm də düşünürəm ki, bu bitkinin istehlakı bir o qədər də çox olmaz. Çox olsaydı, yəqin ki, maraq da olardı".

 Nəbatət Bağının laboratoriya müdiri Yusif Zeynalov isə Sputnik Azərbaycan-a sözügedən bitkinin barvermə müddəti və gəlirliliyindən söz açıb: "Nəbatət Bağında keçibuynuzunu çoxaldıb artırsaq da, Azərbaycanda onun təsərrüfatı yoxdur. Lakin bu bitkinin əkilməsi, becərilməsi heç də çətin deyil. Sadəcə, onu uyğun yerdə əkmək və barvermə müddətini gözləmək lazımdır. Bu, təxminən 7-8, yaxud da 10 il ola bilər. Tez inkişaf etsə, 6-7 ilə də bəhrəsini görmək olar".

Початки кукурузы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Saqqallı” bitkinin inanılmaz xeyirləri: Qarğıdalı nəyə kömək edir?

Zeynalov hazırda Nəbatət Bağında böyük və kiçik ölçüdə müxtəlif keçibuynuzu ağaclarının olduğunu deyib. Türkiyə ilə müqayisədə Azərbaycanda bu sahənin o qədər də geniş vüsət almamasının səbəbini isə həmsöhbətimiz, onu öyrənəcək mütəxəssislərin yetərli sayda olmaması ilə izah edib:

"Bu sahə yeni olduğundan, çoxları onu doğru-dürüst çoxaltmağı da bilmir. Lakin onu çoxaltmaq olduqca asandır. Uyğun yerdə əkib-becərməklə çoxlu məhsul götürmək olar. Qeyd edim ki, hələlik biz bu bitkini yalnız Nəbatət Bağı üçün yetişdiririk. Kimsə maraqlanarsa, təbii ki, ona kömək edə bilərik".

20 il Türkiyədə işləyən mütəxəssis hesab edir ki, Azərbaycanda da müvafiq infrastrukturu qurmaqla, keçibuynuzunun milli iqtisadiyyata müəyyən faydasını görə bilərik.

Xəbər lenti
0