Tənha adam, arxiv şəkli

Ümidsizliyin susdurduğu sevgilər: "Niyə onu bağışlamayım ki?!"

185
(Yenilənib 11:59 15.09.2020)
"Ümid pis şeydir həm də. Hər dəfə qapı döyüləndə içimdə bir ümid yaranırdı ki, bəlkə də üzünü görmədiyim valideynlərim məni yada sala, buraya gələrlər. Amma hər dəfə yanılırdım"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. “Hərdən həyat yoldaşım deyir ki, sən onlara qarşı soyuqsan. Mən övladlarımı çox istəyirəm, amma sevgimi büruzə verə bilmirəm, bu mənim üçün çox çətindir. Sanki mənimçün sevgimi göstərmək yad bir şeydir”.

Ali təhsillidir. Hərbçi olub. Amma bu sərtliyi hərbi xidmətlə bağlı deyil. Bəlkə də bir binada yaşadığı insanların oxşar taleyinin damğasıdır.

"İlk təhsilimi 4 saylı məktəbdə almışam. 1992-ci ildə valideynlərim ayrıldılar. 10 yaşım olarkən atam dünyasını dəyişdi. Bacımla mənə ata nənəm baxıb. Anam bizdən imtina etdi, arayıb-axtarmadı, maraqlanmadı. Anamı bizi istəməyən, bizə sevgi verməyən biri kimi tanıyıram. O hər zaman bizə soyuq olub. Pis günümdə yanımda olmayan biri yaxşı günümdə heç zaman yanımda ola bilməz".

Masazırdakı “Məzun evi”ni gəzdikcə son cümlə sanki çəkic kimi beynimi əzir. Emin Cavadov isə davam eləyir: "Turizm Universitetinə qəbul olunduqdan sonra həyat yoldaşımı qaçırtdım. Nikaha girdik, əslində elə də asan olmadı. Toy etməyə də heç imkanım yox idi".

Fatmayı kəndindəndir, 1985-ci ildə doğulub. Dediyinə görə, həm universitetdə, həm də hərbi xidmətdə fərqlənib. Əsgərlikdən dönəndə ilk övladı olan oğlunun iki yaşı olub: "O zaman məni hərbidə saxlamaq istəyirdilər. Amma övladım körpə idi, qayıtmalı idim. Qayıtdıqdan sonra Azərbaycanda bir nömrəli hesab edilən holdinqdə, daha sonra isə ölkənin birinci otelində işlədim. Dövlət bizə dəstəyini göstərsə də, hər zaman düşünürəm ki, mən də çalışmalıyam", - E.Cavadov əlavə edir. 

© Sputnik / Nigar Iskanderova.
Emin Cavadov

2017-ci ildə evlə təmin olunan həmsöhbətimiz hazırda elə "Məzun evi"ndə çalışır.

Artıq özü üçün azdan-çoxdan bəlli bir düzəndə normal, gözəl həyat qursa da, bəzən bu yaşında da köhnə yaralar onu dinc buraxmır: "Şən günlərində ailələri, valideynləri başlarının üstündə olan şəxslərə hər zaman həsəd aparmışam. Ali məktəbə imtahan verəndə hər kəsin yanında valideyni vardı, ya da ali məktəbə qəbul olunanda hər kəs üçün sevinən valideyni vardı. Ətrafımdakıların həm çətin, həm də xoş gününü birgə paylaşdığı ata-anaları vardı. Hərbi xidmətə gedəndə də onların valideyni yanında idi, onlara tez-tez baş çəkilirdi, mənə isə yox... Bu mənə çox təsir edirdi. Mənim ancaq bacım vardı…"

© Sputnik / Nigar Iskanderova.
Masazırda yerləşən “Məzun evi”

Ən böyük arzusu isə uşaqlıqdan kitablarının, kitablardan ibarət rəflərinin olmasıymış. Bu gün bu arzusunu qızı Dəniz üçün gerçəkləşdirir. Onun təhsilli və savadlı olması üçün əlindən gələn hər şeyi edir. Həmsöhbətimiz deyir ki, övladlarına heç zaman ad günlərində oyuncaq almayıb. Onlara hər zaman bir-birindən maraqlı kitablar hədiyyə edir.

“”Məzun evi"nin sakinləri ailə mühitində böyüməsələr də, ailə qurmaq, ailə sahibi olmaq istəyirlər. Bu gün bu şəxslər arasında nümunəvi ailəsi olanlar da var, hansı ki, onların övladları da bu gün təhsil aldıqları məktəbdə digərlərinə nümunədirlər”. Bunu da "Məzun evi"nin direktoru Rza Əhmədov bizimlə söhbətində deyir.

© Sputnik / Nigar Iskanderova.
"Məzun evi"nin direktoru Rza Əhmədov

Onun sözlərinə görə, ali savadlı, iş-güc sahibləriylə yanaşı, təhsilsiz və peşəsiz olanlar da var: “Dövlət onlara həm yeni peşələrə yiyələnməkdə, həm də işlə təmin olunmaqda hər dəstəyi verir. Həmçinin "DOST" iş mərkəzləri vasitəsilə iş tapırlar. Bu gün hər bir şəxs üçün iş imkanı yaradılıb. Sadəcə olaraq bunu istəmək lazımdır. Biz də burada sakinlərə lazım olduqda hansısa köməkliyi göstəririk".

Öyrənirik ki, məzunlara verilən mənzillərin hər biri tam təmirli vəziyyətdə təhvil verilib: “Dövlət tərəfindən onlara stol-stul, yorğan-döşək, televizorundan tutmuş hər bir əşyasınadək verilib. Onlara sadəcə köçüb gəlmək və burada yaşamaq qalır".

Hələlik 3 binadan ibarət olan "Məzun evi"ndə dövlət uşaq müəssisələrinin məzunu olmuş 365 gənc mənzillə təmin olunub. Sakinlərin ümumi sayı 854, ailələrin sayı 370, uşaqların sayı 311, subay qızların sayı 53, subay oğlanların sayı 120-dir. Burada daha bir çoxmənzilli binanın təməli qoyulub. Tikiləcək yeni yaşayış binasında 206 mənzil, alt mərtəbəsində də bağça nəzərdə tutulub.

© Sputnik / Nigar Iskanderova.
Masazırda yerləşən “Məzun evi”

“Bu gün atalı-analı olub, ev ala bilməyənlər var”, - deyən həmsöhbətimiz dövlətin bu şəxslərə həm ata, həm də ana olduğunu vurğulayır. Məzunlar buraya yerləşdikləri müddətdən 6 ayadək bütün kommunal ödənişlər dövlət tərəfindən qarşılanır. Bununla yanaşı, mühafizə xidməti də bu müddətdə pulsuz həyata keçirilir. Sakinlər arasında tələbə olanlar da var. Onların da kommunal ödənişləri 23 yaşlarınadək dövlət hesabınadır. Belə şəxslərin sayı 17-dir.

“Burada yaşayan 3 bacı, 1 qardaş var ki, onların dördü də ali təhsil alır. Ali təhsilli olub müxtəlif qurumlarda - Müdafiə, Ədliyyə, Səhiyyə nazirliklərində çalışanlarımız var. Müəssisəmizdə özünüinkişaf üçün müxtəlif - aşpazlıq, toxuculuq, bərbərlik və digər kurslar var. Bu kurslarda iştirakçıların hər birinə pul da ödənilir və 3 ay müddətində ixtisas öyrənərək iş üçün müraciət edirlər”, - direktor fəxrlə bildirir.

İşdən söz düşmüşkən R.Əhmədov deyir ki, bununla bağlı müvafiq icra hakimiyyətinə müraciət edilir: “"Məşğulluq" altsistemində qeydiyyatdan keçməklə müvafiq iş axtarılır və bu şəxslər işlə təmin olunurlar".

© Sputnik / Nigar Iskanderova.
Masazırda yerləşən “Məzun evi”

Söhbət əsnasında öyrənirik ki, "Məzun evi"nin ən yaşlı sakini 44 yaşındadır.

Kompleksin həyətində bağban işləyən Fazil İsmayılovla söhbətləşirik.

"Mənim bələyimi dövlət açıb-bağlayıb. Bir var ki, beş yaşınadək valideynlərini görəsən, bir də var ki, heç görməyəsən, onların üzlərini belə xatırlamayasan. Sarayda, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsində böyümüşəm. Demək olar ki, həyata gözümü orada açmışam. Sonra Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə kurslarında müxtəlif bacarıqlar öyrənmişəm”.

© Sputnik / Nigar Iskanderova.
Kompleksin həyətində bağban işləyən Fazil İsmayılov

Bu sözləri deyən Fazil İsmayılov elə indi də təkdir. Bir dəfə ailəli olub, övladı yoxdur. Münasibətləri tutmadıqları üçün ayrılıblar. 1983-cü ildə doğulan Fazil 2-ci qrup əlildir, 130 manat müavinət, bağban kimi də aylıq məvacib alır.

"Ümid pis şeydir həm də. Hər dəfə qapı döyüləndə içimdə bir ümid yaranırdı ki, bəlkə də üzünü görmədiyim valideynlərim məni yada sala, buraya gələrlər. Amma hər dəfə yanılırdım. Orada elə uşaqlar vardı ki, onlara baş çəkilirdi, amma mənim yanıma ümumiyyətlə gələn olmurdu. Qulağım daim səsdə idi. İçimdə sıxıntı yaranırdı. İllər ötdükcə artıq ümidlər tamamilə öldü, düşündüm ki, bu qədər müddətdə arayıb-axtarmayıblarsa, bundan sonra da arayıb axtarmazlar", - deşilmiş çibandan süzülən, sızıldadan irin kimi xatirələr həmsöhbətimin üzünü qırışdırır.

"Bir dəfə Respublika Sarayının arxasındakı qeydiyyat şöbəsində bir işçi doğum haqda şəhadətnaməmə baxıb dedi ki, orada İsmayılova Şövkət İsmayıl qızının adı var, yəni onun dediyinə görə, o qadın mənim anamdır", - səsindəki intonasiyanı dərk eləmək çətindir.

© Sputnik / Nigar Iskanderova.
Masazırda yerləşən “Məzun evi”

Anası onu iki yaşı olanda atıb. Lakin buranın digər bir çox sakinlərindən fərqli olaraq F.İsmayılov onu atan valideynlərinə qarşı kinli deyil: "Səhvsiz insan yoxdur. Allah bağışlayandırsa, mən niyə onu bağışlamayım ki?! O məni 9 ay bətnində gəzdirib, bunu etməyə də bilərdi, mən bətnində ikən məni hər yolla öldürə də bilərdi. Amma bunu etməyib, mənə həyat verib".

Təzə bünövrəyə doğru baxıram. Qəribə hissdir. Kimlərsə yenə səhv edəcək, kimlərsə yenə qurban olub özü kimilərin yanına köçəcək. Kimsə ömür boyu məhrum olduğu sevgini övladında tapıb susacaq, kimsə yenə bağışlamaq həsrəti ilə yanacaq... Ümidlə sığındığı məkanda ümidini basdırmayacaq...

185
Teqlər:
sevgi, ana, ata, valideyn, ailə, internat, reportaj, Məzun evi
Əlaqədar
Hər gün bir adamın evində yaşamaq - "İcra hakimiyyətlərinin buna gücü çatmır"
Hamı öz dərdinin hayındadır, onlar yaddan çıxıb – Uşaq evləri, sığınacaqlar necə qorunur
Ağ günlərdə qara həyat yaşayanlar – Xəstəlik dövründə kimsəsizlərin aqibəti necədir?
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer
Əlindəki son konfeti övladına saxlayan atılmışlar: Onların adı çarəsizlik - REPORTAJ
Bilgəh qocalar evində yaşayan məhəbbət – bir cütlüyün hekayəsi

Komendant saatı: Şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

31
(Yenilənib 12:45 28.09.2020)
"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobuslar bu gündən etibarən saat 06:00-dan 20:00-dək işləyəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

O deyib ki, bu qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir. "Səbəbi isə ondan ibarətdir ki, ictimai nəqliyyatı idarə edən sürücülərin avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur".

31
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Heç kim övladını o məktəbə göndərmək istəmir: onların həyatı üçün ciddi təhlükə var - FOTO

126
(Yenilənib 12:32 28.09.2020)
"Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər", - kənd sakini

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Yeni dərs ili başlasa da Tovuz rayonu Aşağı Öysüzlü kəndinin sakinləri övladlarını məktəbə göndərməyə tərəddüd edirlər. Bir çox yerlərdə bu, pandemiya ilə əlaqədar olsa da öysüzlülərin başqa səbəbləri var. Belə ki, onlar övladlarının hər an uçmaq təhlükəsi olan məktəbdə uçqun altda qalmalarını istəmirlər.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Sputnik Azərbaycan-a danışan sakinlər 1 mərtəbəli 3 korpuslu məktəb binasından ikisinin yaşının 100 ildən artıq olduğunu söyləyiblər. Belə ki, hər biri 5 sinif otağından ibarət bu tikililər ötən əsrin əvvəllərində yerli bəylərin at tövləsi məqsədilə inşa olunub. Sovet hakimiyyəti dövründə öncə uşaq evi, 1948-ci ildən isə məktəb kimi fəaliyyət göstərib. Digər korpus isə 1972-ci ildə tikilməsinə baxmayaraq indiyədək təmir olunmayıb. Nəticədə sinif otagının divarlarında yaranan iri çatlar, tavanı əvəz edən beton plitələrin deformasiyaya uğraması, taxta dözəmənin yararsız halı həm şagirdlər, həm müəllimlər üçün ciddi təhlükə yaradır.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Kənd sakini Ziyəddin Hüseynov bir vaxtlar rayonun ən çox bal toplayan şagirdlərinin bu məktəbdən çıxdığını, lakin hazırda o şöhrətdən çox uzaq olduğunu söyləyib:

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Heç kim burada övladını oxutmaq istəməz. Uşaqlarımızın həyatı hər an təhlükə qarşısındadır. Divarların çatına əl girir. Üstünün beton plitələri aralanıb. Yağış birbaşa sinif otaqlarına yağır.  Döşəmənin arasından hər cür həşərat çıxır. Bu da uşaqların həyatına ciddi təhlükə yaradır. Kimin imkanı var, maşını var, övladını rayon mərkəzinə, yaxud qonşu kəndə aparır. 1-2 il bu vəziyyətdə qalsa, məktəbdə bir nəfər belə şagird qalmayacaq”.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

O, dəfələrlə kənd sakinlərinin aidiyyatı qurumlara məktublar ünvanladıqlarını, cavab kimi isə yalnız təsəlli aldıqlarını bildirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Digər sakin Minə Əliyeva isə övladlarını məktəbə qorxa qorxa göndərdiklərini söyləyib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər. İstəyimiz odur ki, məktəbimiz təzələnsin. Biz də ürəklə uşaqlarımızı məktəbə yola salaq”,- deyə istəyini dilə gətirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Məktəb rəhbərliyi də sakinlərlə  həmfikirdir. Direktor Rahilə Həsənova hər il şagird sayının azaldığını, məktəb nəticələrinin aşağı düşdüyünü vurğulayıb:

  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Məktəbin direktoru Rahilə Həsənova
    © Sputnik / Ilham Mustafa
  • Fikrət Tağıyev - təhsil idarəsinin rəsmisi
    © Sputnik / Ilham Mustafa
  • Ziyəddin Hüseynov
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəbimiz ənənəsi olan, ən qabaqcıl təhsil ocaqlarından olub. Lakin qəzalı olduğundan ildən-ilə şagird sayı azalır. Valideynlər övladlarını bu məktəbə qoymağa ehtiyat edirlər. Bu il iyul döyüşlərində məktəb yaxınlığına iki top mərmisinin düşməsi isə vəziyyəti daha da acınacaqlı edib. Əvvəlki çatları daha da böyüdüb, eyni zamanda yeni çatlar əmələ gəlib”.

126
Teqlər:
bina, siçovul, ilan, şagirdlər, vəziyyət, bərbad, kənd, məktəb, Aşağı Öysüzlü, Tovuz
Əlaqədar
Deputatdan bank inhisarçılığına etiraz: Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar

Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içindədir

54
(Yenilənib 13:39 28.09.2020)
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb. Sputnik Ermənistan xəbər verir ki, ermənilər qorxuya düşərək Kəlbəcərə gedən yolu bağlayıblar.

Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

54
Teqlər:
Ermənistan, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir
Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"
Müdafiə Nazirliyi: Ermənistan SQ sonuncu dəfə xəbərdar edilir