Bakının Xətai rayonunda avtomobil hərəkatı

Bakıda yolları süni şəkildə daraldırlar - Yaxşı eləyirlər, amma düz eləmirlər? - FOTO

1024
(Yenilənib 01:00 12.09.2020)
"Yolların abadlaşdırılması yaxşı layihə olsa da, Bakı şəhəri üçün əlverişli deyil.  Çünki Bakı şəhərinin avtonəqliyyat infrastrukturu sıradan çıxıb" - Eldəniz Cəfər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr, Sputnik. Karantin rejimi "yumşaldıqca" paytaxtda tıxacların sayı da artır. Günün istənilən saatında Ziya Bünyadov prospekti, Təbriz, Həsən Əliyev, Şərifzadə küçələrində, Bakı-Sumqayıt yolunda tıxaclara düşə bilərsiniz.

Paytaxtda avtomobil çoxluğu bir kənara, bir də yolların təmiri zamanı həyata keçirilən proseslər - yollara çıxıntıların əlavə edilməsi, piyada səkilərinin genişləndirilməsi - yolları daraldaraq, tıxacların yaranmasına səbəb olur.

© Sputnik / Irade JELIL
Xətai rayonunun N.Tusi küçəsində yol-təmir işləri

Məsələn, bir müddət əvvəl Xətai rayonunun N.Tusi küçəsində yolun təmirinə başlanılıb. Əvvəllər geniş olan yol bu təmir işləri başlayandan sonra xeyli darlaşıb. Əgər əvvəl yol 4 zolaqlı idisə, indi həyata keçirilən "möhtəşəm" təmirin nəticəsi olaraq, iki zolaqlı olub. Bundan əlavə, yola əlavə edilən çıxıntılar, piyada səkilərinin iki avtomobil tutacaq qədər genişləndirilməsi də narahatedici məqamlardandır. Sakinlər də elə bundan narahatdırlar.

Onların firkincə, axşam saatlarında yolda hərəkət etmək işgəncəyə çevrilir. Yola əlavə edilmiş beton çıxıntıları sürücülər görə bilmədiklərindən yol təhlükəli vəziyyət alıb.

© Sputnik / Irade JELIL
Xətai rayonunun N.Tusi küçəsində yol-təmir işləri
"Əvvəllər yol geniş idi, heç bir problemimiz də yox idi. İndi yolu təmir etməyə başlayıblar. Səkilər genişləndirilib, xüsusi çıxıntılar qoyulub və yol daralıb. Yuxarıdan dönüş edən avtomobillər çıxıntıları görmədiyi üçün qəza da baş verə bilər. Bu, bizə lazım deyildi. Kimə lazımdır?" - deyə sakinlər narazılıqlarını bildirirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ ilə Bakı Nəqliyyat Agentliyi məşğul olur.

© Sputnik / Irade JELIL
Xətai rayonunun N.Tusi küçəsində yolda təmir işlərindən sonra səkilərdə qoyulan xüsusi çıxıntılar

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xətai rayonu ərazisində bir çox küçə və prospektlərdə yenidənqurma işləri aparılan zaman layihələndirmə BNA-nın mütəxəssiləri tərəfindən həyata keçirilib.

"Layihələndirmə işləri aparılan zaman piyada təhlükəsizliyi amili əsas götürülüb. Müasir şəhərsalma elementlərindən olan səki çıxıntıları qoyulub. Səkilərin iddia edildiyi kimi böyük olması məhz piyada təhlükəsizliyi istiqamətində atılmış addımdır. Aparılan təhlillər bunu göstərir ki, səki çıxıntılarının təşkil edildiyi küçələrdə piyada təhlükəsizliyi əhəmiyyətli dərəcədə artıb", - deyə M.Ağayev bildirib.

© Sputnik / Irade JELIL
Xətai rayonunun N.Tusi küçəsində yol-təmir işləri

Onun sözlərinə görə, Məzahir Rüstəmov küçəsində də səki çıxıntıları təşkil edilib. Və həmin küçədə təhlükəli hal qeydə alınmayıb.

M.Ağayev əlavə edib ki, bu yenilik düzgün qəbul edilməyə bilər. Ancaq qəbul etmək lazımdır ki, küçələrdə daha çox piyada təhlükəsizliyinə önəm verilməlidir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində tikinti özbaşınalığı davam edir. Və bu özbaşınalıq təkcə binaların, obyektlərin tikintisində deyil, yolların tikintisində də özünü büruzə verir.

© Sputnik / Irade JELIL
Xətai rayonunun N.Tusi küçəsində yolda təmir işlərindən sonra səkilərdə qoyulan xüsusi çıxıntılar

"Artıq elə bir vəziyyətdir ki, tikinti zamanı uşaq meydançaları, avtomobil yolları belə, zəbt edilir. Və heç bir qurum bu prosesə müdaxilə etmir. Bakı şəhərinin infrastrukturu məhv edilir", - ekspert bildirib.

Onun sözlərinə görə, yolların abadlaşdırılması yaxşı layihə olsa da, Bakı şəhəri üçün əlverişli deyil.  Çünki Bakı şəhərinin avtonəqliyyat infrastrukturu sıradan çıxıb. Yollarda hər-hansı çıxıntıların olmasının, piyadalar üçün rahatlığın yaradılmasının heç bir nəticə verməyəcəyini vurğulayan E.Cəfərin fikrincə, Bakıda istənilən vaxt piyada keçidləri və yollar müəyyən iş adamları tərəfindən zəbt edilə bilər.

"Bakı Nəqliyyat Agentliyi Bakı əhalisi, mötəbər məmurlar, iş adamları ilə qarşı-qarşıya qalıb. Qurum nə qədər işlər görmək istəsə də, bu, vəziyyəti dəyişmir", - deyə o əlavə edib.
1024
Teqlər:
tıxac, Xətai, AAYDA, BNA, çıxıntı, beton, təmir, yol, Bakı
Əlaqədar
Hələlik sıxlığa dözməli olacağıq: Bakıda daha bir dairəyə çarə qılırlar
Ölkədə narahat yol qalmayacaq! 41 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulur
Bakıda yeni piyada keçidi açıldı: əngəlsiz və yaraşıqlı - FOTO
Yağışdan sonra yaranan vəziyyətə görə günahkar həm də Hacıbala Abutalıbov imiş
Körpünü gecə ilə yox elədilər - FOTO
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

62
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

62
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

356
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

356
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

0
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

0
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib