Məktəbli, arxiv şəkli

Uşaqlarda COVID-19 aşkarlansa, həmin sinif bağlanacaq

28
(Yenilənib 17:44 11.09.2020)
"Əgər yoluxma olarsa, biz hansısa məktəbin və ya lokal olaraq sinfin bağlanmasına qərar verəcəyik. Ona görə də valideynlərə müraciət edərək deyirik ki, xəstə uşaqlarını məktəbə göndərməsinlər"

BAKI, 11 sentyabr — Sputnik. "Biz valideynlərə müraciət edərək bildiririk ki, övladlarınızın səhhətində hər hansı problem, virus infeksiyasına oxşar simptomları varsa, onları məktəbə gətirməyin. Ancaq kimsə hərarəti salan dərman atmaqla binaya keçə bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında danışıb.

O qeyd edib ki, gələcəkdə belə halların qarşısını almaq üçün Təhsil Nazirliyi yanında Operativ Qərargah yaradılacaq. "Məktəbdə yoluxmalar olacaqsa, biz bunu birbaşa nəzarətə götürəcəyik və RGEM, Səhiyyə Nazirliyi ilə birlikdə nəzarət etməklə addımlarımızı müəyyən edəcəyik. Əgər yoluxma olarsa, biz hansısa məktəbin və ya lokal olaraq sinfin bağlanmasına qərar verəcəyik. Ona görə də valideynlərə müraciət edərək deyirik ki, xəstə uşaqlarını məktəbə göndərməsinlər".

28
Teqlər:
Təhsil Nazirliyi, Azərbaycan, Bakı, Koronavirus, epidemiya, COVID-19, şagirdlər, şagird, sinif, məktəb
Əlaqədar
Hökumət qərar verdi - Karantin dövründə tədris bu qaydada olacaq
Pandemiya dövründə yeni tədris ili necə olacaq?
Məktəblərdə şagirdləri əziyyətə salmayacaqlar
Məktəblərdə xüsusi məntəqələr yaradacaqlar - COVID-ə görə
Tələbələrə bəd xəbər
Koronavirusa qarşı  peyvənd, arxiv şəkli

COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq

1
(Yenilənib 15:12 26.09.2020)
''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib.

BAKI, 26 sentyabr — Sputnik. Bütün dünyanı təsir altına alan koronavirus pandemiyasına qarşı peyvəndin sınaqlarını həyata keçirən ABŞ-ın dərman firması xoş xəbər açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, firma, yayımladığı məlumatda qeyd edib ki, koronavirus peyvəndi kliniki sınaqlarda güclü immunitet yaradıb.

''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib. Artıq 1000 nəfərdən çox şəxs üzərində bu peyvəndin sınağı aparılıb. Lakin poeyvəndin hələlik ki, yaşlı nəsil üzərində təsirinin bəlli olmadığı da bildirilib. Yəni, kliniki sınaqlar zamanı gənc və orta yaşlılarda immun sisteminin virusa qarşı 64 faiz həddində olduğu deyilsə də, 65 yaşdan yuxarı şəxslərdə bu rəqəmin 36 faiz civarında olduğu bildirilib. Peyvəndin ümumi olaraq peyvəndin 60 mindən artıq şəxs üzərində sınağı aparılacaq.

Bir neçə mərhələdən uğurla keçdikdən sonra bu peyvənd 2021-ci ilin əvvəlinə qədər təqdim olunacaq.

 

1
Kəsilmiş ağac, arxiv şəkli

Kubu on beş manata - pulun var, al, yoxdur, soyuqda qal

62
(Yenilənib 22:50 26.09.2020)
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər? – video
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".

Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.

"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.

N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".

Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".

Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.

62