Məktəbli, arxiv şəkli

Məktəblərdə şagirdləri əziyyətə salmayacaqlar

38
(Yenilənib 16:46 11.09.2020)
Təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır. Müəllim və məktəb heyəti isə mütləq maska taxmalıdır

BAKI, 11 sentyabr — Sputnik. "Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb. Onların alınması prosesi davam edəcək".

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabinetinin “Karantin rejimi” dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblər üçün dezinfeksiya məhsulları da alınıb. 

R.Ağayev qeyd edib ki, əgər hər-hansı müəllimdə koronavirusla əlaqəli şübhəli simptomlar aşkar olunsa, onlar test ediləcəklər: “Təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır. Müəllim və məktəb heyəti isə mütləq maska taxmalıdır. Müəllimlər dərs vaxtı əlavə olaraq üz sipərindən də istifadə edəcək”.

Təhsil nazirinin müşaviri deyib ki, peşə və ali təhsil ocaqlarında maska taxılması məcburidir.

38
Teqlər:
mətbuat konfransı, Təhsil Nazirliyi, maska, müəllim, şagirdlər, məktəbli
Əlaqədar
Pandemiya dövründə yeni tədris ili necə olacaq?
Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
Yeni üsulu Azərbaycan həkimləri effektiv saymadılar - Uşaqların gərək qanı yoxlansın
Virusdan qorxmuram, amma getmək də istəmirəm - Yeni dərs ili ilə bağlı sorğu
Məktəb görüş yerinə çevrilir - 4 dərslə şagirdlərə hansı biliyi vermək olar?
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

11
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

11
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

12
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Gürcüstanda parlament seçkisi

Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib

0
Baş nazir: "Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə və iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim".

BAKI, 31 oktyabr — Sputnik. Bu gün Gürcüstanda parlament seçkisi keçirilir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, səhər saatlarında səsvermədə iştirak edən qonşu ölkənin Baş naziri Giorgi Qaxaria ölkənin demokratik inkişafına səs verdiyini bildirib.

"Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə, iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim", - deyə o bildirib.

"Bugün dünəndən qat-qat üstün olan Gürcüstana səs verdim və sabah bugünküdən daha yaxşı olacaq. Əlbəttə ki, heç kim keçmişə qayıtmağı xəyal edə bilməz, səsimi ölkənin gələcəyi üçün verdim", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda budəfəki parlament seçkisi qarışıq seçki sistemi əsasında keçirilir: 150 yerdən 120-si partiyaların təqdim etdikləri siyahı əsasında, 30-u isə majoritar dairələr tərəfindən seçiləcək. Partiyalar üçün keçid həddi 1%-dir, majoritar namizədlərin səslərin 50%-dən çoxunu qazanması tələb olunur.

Səslərin 40%-dən çoxunu alacaq bir partiya müstəqil olaraq hökuməti qura biləcək.

Xatırladaq ki, Gürcüstanda 48 partiya və iki siyasi blok parlament yerləri uğrunda mübarizə aparır. Əsas rəqiblər hakim "Gürcü Arzusu" partiyası və başında keçmiş Prezident Mixail Saakaşvilinin durduğu birləşmiş müxalifəti təmsil edən Vahid Milli Hərəkatdır.

Azərbaycandan qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların olduğu dairələrdə hər hansı insident baş verməyib:

“Pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur”.

A.Nağıyev qeyd edib ki, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması mühüm əhəmiyyət kəsb edir.

Qrup rəhbəri Milli Məclis və Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlığın davam etdiriləcəyini söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Parlamentlərarası əlaqələrin gələcəkdə də davam etdirilməsi və gücləndirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, qonşu ölkədə keçirilən parlament seçkilərini Milli Məclisin 3 üzvü müşahidə edir.

0