Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Cibimizə yeni "darğalar" gəlib: rayona neçəyə getməyimizə onlar qərar verirlər

269
(Yenilənib 14:57 11.09.2020)
"Gediş haqqı, əlbəttə ki, sərf eləmir. Avtobuslar işləmir, əlacsız qalıb taksilərə minirik. Onlar da əvvəl 10 manata apardıqları yolu indi 20 manata qaldırıblar. Amma başqa çarəmiz də yoxdur. Bakıda qalası deyilik ki, evimizə getməliyik, ya yox?"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik.

- Xaçmaza neçəyə aparırsınız?

- Adambaşı 20 manata. İki yerim qalıb, 10 dəqiqəyə çıxıram, gəlin əyləşin.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti göstərən minik avtomobilləri sürücülərinin dedikləri bu qiymət sərnişinlərin ürəyincə olmasa da razılaşmaqdan başqa çarələri də yoxdur. Sərnişinlərin dili ilə desək, "avtobuslar işləmir, qalıblar taksilərin ümidinə"...

© Sputnik / Irade JELIL
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti

Sputnik Azərbaycan rayonlara və əks istiqamətə gediş-gəlişə qoyulmuş qadağanın sərnişindaşımada qiymətlərə təsiri ilə bağlı reportajı təqdim edir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında hərə bir istiqamətə sərnişin axtarır. Biz də yaxın rayonlardan birinə gediş qiyməti ilə maraqlanmaq üçün sürücülərə yaxınlaşırıq. Sürücü əvvəlcə Xaçmaza 20 manata apardığını söyləsə də, gediş haqqının ucuzlaşdığını söyləyir. Burada sürücülərlə söhbət zamanı öyrənirik ki, qiymətlər əsasən turizm bölgələri üçün bahadır. Digər istiqamətlərə isə qiymətlərdə ucuzlaşma var. Sürücü Anar Kazımov deyir ki, Bakı-Yevlax-Bərdə-Tərtər istiqamətinə gediş adambaşına 15 manatdır. Amma sürücü and-aman edir ki, rayonlara yollar bağlı olduqda bir sərnişini 30 manata aparıb: "Əvvəla, onu deyim ki, rayonlara yollar açılandan sərnişin azalıb. Sərnişin sayında azalma olduğu üçün qiymətlər avtomatik aşağı düşüb. Rayona aparmağa sərnişin tapmırıq. Əsas turizm bölgələrinə gediş haqqı bahadır".

© Sputnik / Irade JELIL
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti
Digər sürücülər də sərnişin qıtlığından şikayətlənirlər: "Yollar bağlı olanda sərnişin daha çox idi. İndi rayona gedən yoxdur. Əvvəl gedişə bir adama 30-40 manat alırdıq. İndi 15 manata sərnişin tapmırıq".

Sürücülərin sözlərinə görə, Şəki-İsmayıllı-Qəbələ, Quba-Qusar-Xaçmaz istiqamətlərinə adambaşı gediş haqqı 20 manatdan başlayır. Digər bölgələrə isə qiymətlər elə də baha deyil. Sürücülərin sözlərinə görə, sərnişin olmadığından Kürdəmir, Göyçay istiqamətinə 10 manatdan sərnişin aparmağa da razıdırlar. Rəhman adlı sürücü də bildirir ki, bəzi rayonlara gediş haqqı qiymətləri dəyişsə də, digərlərində ucuzlaşmayıb.

Sərnişinlər isə qiymətlərin bahalığından narazılıq edirlər. Bakıdan Xaçmaza gedən sərnişin Səmayə Səfərova deyir ki, qızı ilə Xaçmazın Xudat kəndinə gedir. O, ikisinə birlikdə 40 manat xərci çıxdığını söyləyir: "Gediş haqqı, əlbəttə ki, sərf eləmir. Avtobuslar işləmir, əlacsız qalıb taksilərə minirik. Onlar da əvvəl 10 manata apardıqları yolu indi 20 manata qaldırıblar. Amma başqa çarəmiz də yoxdur. Bakıda qalası deyilik ki, evimizə getməliyik, ya yox? Məcburuq 40 manat verib gedək".

© Sputnik / Irade JELIL
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından müxtəlif istiqamətlərə minik avtomobilləri ilə yanaşı, "Vito" markalı mikroavtobuslar da çıxır. Onlarda da gediş haqqı, demək olar ki, eynidir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtovağzalın qarşısından rayonlara sərnişindaşıma ilə məşğul olan taksilərə qurum tərəfindən heç bir nəzarət edilmir.

© Sputnik / Irade JELIL
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti

"Velotrek" kimi tanınan Ticarət Mərkəzinin qarşısından da rayonlara sərnişin daşınır. Burada da qiymətlər, demək olar ki, eynidir. Gəncə-Goranboy istiqamətinə bir sərnişin üçün gediş haqqı 20 manatdır. Sürücülər sentyabrın 8-dək Goranboya bir sərnişini 30 manatdan aşağı aparmadıqlarını söyləyirlər. Onların sözlərinə görə, gediş haqqı endirilib. Buna səbəb isə yollar bağlı olanda əlavə ödədikləri pulların ciblərində qalmasıdır. Türabə Mollayeva adlı sərnişin Sputnik Azərbaycan-a rayonlara gediş haqqının bahalığından narazılıq edir: "Biz 8 manata getdiyimiz yolu 20 manata getmək məcburiyyətində qalmışıq. Taksilər "at oynadır". İstədikləri qiyməti qoyurlar. Çünki bilirlər ki, sərnişinlər əlacsızdırlar. Avtobus yox, ümidimiz ancaq taksiyədir. Hansı qiyməti desələr, onu da verib getməliyik".

269
Teqlər:
Bakı Beynəlxalq Avtovağzalı, Bakı, süni qiymət artımı, qiymət artımı, gediş haqqı, gediş-gəliş, rayonlar, taksi
Əlaqədar
Bakıya və rayonlara gediş-gəliş açıldı
Regionlarda taksilərdə qiymət artımı gözlənilirmi?
Turistik zonalarda avtobusların sayı artırılacaq
"Taksi məsələsi"nə yenidən baxılacaq: Hikmət Babayev barəsində inzibati tədbir görülüb

Qubadlı quş uçuşundan - FOTO

13
(Yenilənib 11:53 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanıb və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

13
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir
(0:49 / 6.24Mb / просмотров видео: 56)

Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı video

45
Keçən gecə dövlət başçısı Qubadlı şəhərinin işğaldan azad olunduğu barədə məlumat verdi. Bu xəbərin Sumqayıt şəhərində necə qarşılandığını videomuzdan izləyin.

Komendant saatının qüvvədə olmasına baxmayaraq ötən gecə Sumqayıt sakinləri Qubadlı şəhərinin işğaldan azad olunmasını qeyd etmək üçün küçələrə çıxıblar. Xatırladaq ki, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş insanların böyük bir qismi Sumqayıt şəhərində məskunlaşıb.

Qeyd edək ki, oktyabrın 25-də Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bir aydan da qısa müddətdə Hadrut qəsəbəsi, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsini işğaldan azad etdiyini bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilib.

 

45
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə