Yaşayış binasının tikintisi, arxiv şəkli

Tikinti şirkəti cərimələndi

8
(Yenilənib 18:15 11.09.2020)
Yaşayış binasının tikintisi məqsədilə ərazidə təmizlik işləri aparılarkən 29 ədəd ağac və kolun məhv edilməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib

BAKI, 11 sentyabr — Sputnik. Belə ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən "Real-Park" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kolların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Sputnik Azərbaycan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, aparılmış araşdırmalarla "Real-Park" MMC tərəfindən yaşayış binasının tikintisi məqsədilə ərazidə təmizlik işləri aparılarkən 29 ədəd ağac və kolun məhv edilməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, 25 avqust 2020-ci il tarixli aktdan, 03 sentyabr 2020-ci il tarixli baxış protokolundan və ETSN-in tabeliyində olan "Geodeziya və Kartoqrafiya" MMC-dən əldə edilmiş 2019-cu il və əvvəlki illərə aid peyk görüntülərindən ərazinin mərkəz hissəsində də yaşıllıqların məhv edilməsi və həmin yerin tikinti altına düşməsi müəyyən edilsə də, ETSN-nin tabeliyində olan Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş rəyə ərazinin bir hissəsində məhəllədaxili yaşıllıqların mövcud olması, nəzərdə tutulmuş tikinti işlərinin ərazinin yaşıllıqlardan azad hissəsində həyata keçiriləcəyi barədə bilə-bilə yalan məlumatların daxil edilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Xətai rayon prokurorluğuna tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

8
Əlaqədar
Bakıda gecə vaxtı ağacları məhv edən şirkətin işi prokurorluğa göndərildi
Prokurorluq: Ağacların qırılmasına bələdiyyə sədri göstəriş verib
Bakıda gecə qətliamının qarşısı alındı - Bir hissəsi xilas olunub
Qubada ağaclara divan tutanlar haqqında ölçü götürüldü
Novxanıda qadının göstərişi başına bəla oldu
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

3
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

3
Tikinti işləri, arxiv şəkli

Tikintidə istifadə olunan kranlarla bağlı ekspertiza aparılmalıdır - FHN

14
(Yenilənib 11:04 19.09.2020)
Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməlidir.

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Hündürmərtəbəli yaşayış binasının inşasında istismar olunan yükqaldırıcı kranların təhlükəsiz istismarını təmin etmək birbaşa tikinti işləri aparan şirkətin vəzifələrinə aiddir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib:

"Hündürmərtəbəli yaşayış binasının tikintisində istismar olunacaq yükqaldırıcı kran bu sahə üzrə ixtisaslaşmış və lisenziyası olan müəssisə tərəfindən quraşdırılmalı, sonra tam texniki sınaq aparılaraq quraşdırma aktı ilə birlikdə sifarişçiyə təhvil verilməlidir. Kranın təhlükəsiz istismarını təmin etmək məqsədilə tikinti şirkəti tərəfindən kranın texniki sazlığına və təhlükəsiz istismarına mühəndis texniki işçilərdən cavabdeh şəxslər təyin edilməli və ya tikinti şirkəti ilə kranlara servis xidməti göstərmək üçün ixtisaslaşmış texniki bazaya və lisenziyaya malik üçünçu bir tərəflə müqavilə bağlanmalıdır. İstismarda olan qülləli kran texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməli, tikinti meydançasında yüklərin yerlərinin dəyişdirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üçün tikinti şirkəti tərəfindən iş icra layihəsi tərtib olunmalıdır. Qeyd edək ki, kranın texniki təhlükəsizlik sertifikatının alınması üçün ekspert rəyi vermək səlahiyyəti olan lisenziyalı təşkilat tərəfindən ekspertiza işləri aparılmalı və texniki təhlükəsizlik sertifikatı alınması üçün FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə təqdim olunmalıdır".

14
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması

SOCAR-dan Aİ-92 benzini ilə bağlı açıqlama

0
(Yenilənib 13:02 19.09.2020)
"Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir."

 

BAKI, 19 sentyabr — Sputnik. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var. Bunu Sputnik Azərbaycan-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi: "Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət etməlidir. Bu, həmçinin bizim üçün bu il bu növ yanacağın idxalına zərurət yaratmayacaq".

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekbarında ixrac edib: "2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, bz benzini ixrac etmirik, çünki büün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə böyümüş daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır".

0