Azərbaycan bayrağı yağış zamanı, arxiv şəkli

Hava sərinləşir, yağacaq

13
(Yenilənib 13:09 11.09.2020)
Sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 11 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

13
Teqlər:
dəniz, hava proqnozu, külək, rayonlar, Bakı, yağış

Komendant saatı: Şəhərlərarası avtobuslar saat 20:00-dək işləyəcək

31
(Yenilənib 12:45 28.09.2020)
"Səbəb ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobuslar bu gündən etibarən saat 06:00-dan 20:00-dək işləyəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

O deyib ki, bu qərar həm regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir. "Səbəbi isə ondan ibarətdir ki, ictimai nəqliyyatı idarə edən sürücülərin avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmalarına vaxt tələb olunur".

31
 Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Heç kim övladını o məktəbə göndərmək istəmir: onların həyatı üçün ciddi təhlükə var - FOTO

126
(Yenilənib 12:32 28.09.2020)
"Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər", - kənd sakini

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Yeni dərs ili başlasa da Tovuz rayonu Aşağı Öysüzlü kəndinin sakinləri övladlarını məktəbə göndərməyə tərəddüd edirlər. Bir çox yerlərdə bu, pandemiya ilə əlaqədar olsa da öysüzlülərin başqa səbəbləri var. Belə ki, onlar övladlarının hər an uçmaq təhlükəsi olan məktəbdə uçqun altda qalmalarını istəmirlər.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Sputnik Azərbaycan-a danışan sakinlər 1 mərtəbəli 3 korpuslu məktəb binasından ikisinin yaşının 100 ildən artıq olduğunu söyləyiblər. Belə ki, hər biri 5 sinif otağından ibarət bu tikililər ötən əsrin əvvəllərində yerli bəylərin at tövləsi məqsədilə inşa olunub. Sovet hakimiyyəti dövründə öncə uşaq evi, 1948-ci ildən isə məktəb kimi fəaliyyət göstərib. Digər korpus isə 1972-ci ildə tikilməsinə baxmayaraq indiyədək təmir olunmayıb. Nəticədə sinif otagının divarlarında yaranan iri çatlar, tavanı əvəz edən beton plitələrin deformasiyaya uğraması, taxta dözəmənin yararsız halı həm şagirdlər, həm müəllimlər üçün ciddi təhlükə yaradır.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Kənd sakini Ziyəddin Hüseynov bir vaxtlar rayonun ən çox bal toplayan şagirdlərinin bu məktəbdən çıxdığını, lakin hazırda o şöhrətdən çox uzaq olduğunu söyləyib:

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Heç kim burada övladını oxutmaq istəməz. Uşaqlarımızın həyatı hər an təhlükə qarşısındadır. Divarların çatına əl girir. Üstünün beton plitələri aralanıb. Yağış birbaşa sinif otaqlarına yağır.  Döşəmənin arasından hər cür həşərat çıxır. Bu da uşaqların həyatına ciddi təhlükə yaradır. Kimin imkanı var, maşını var, övladını rayon mərkəzinə, yaxud qonşu kəndə aparır. 1-2 il bu vəziyyətdə qalsa, məktəbdə bir nəfər belə şagird qalmayacaq”.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

O, dəfələrlə kənd sakinlərinin aidiyyatı qurumlara məktublar ünvanladıqlarını, cavab kimi isə yalnız təsəlli aldıqlarını bildirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Digər sakin Minə Əliyeva isə övladlarını məktəbə qorxa qorxa göndərdiklərini söyləyib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər. İstəyimiz odur ki, məktəbimiz təzələnsin. Biz də ürəklə uşaqlarımızı məktəbə yola salaq”,- deyə istəyini dilə gətirib.

© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

Məktəb rəhbərliyi də sakinlərlə  həmfikirdir. Direktor Rahilə Həsənova hər il şagird sayının azaldığını, məktəb nəticələrinin aşağı düşdüyünü vurğulayıb:

  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində
    © Sputnik / Ilham Mustafa
  • Məktəbin direktoru Rahilə Həsənova
    © Sputnik / Ilham Mustafa
  • Fikrət Tağıyev - təhsil idarəsinin rəsmisi
    © Sputnik / Ilham Mustafa
  • Ziyəddin Hüseynov
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Tovuzun Aşağı Öysüzlü kəndinin məktəbində

“Məktəbimiz ənənəsi olan, ən qabaqcıl təhsil ocaqlarından olub. Lakin qəzalı olduğundan ildən-ilə şagird sayı azalır. Valideynlər övladlarını bu məktəbə qoymağa ehtiyat edirlər. Bu il iyul döyüşlərində məktəb yaxınlığına iki top mərmisinin düşməsi isə vəziyyəti daha da acınacaqlı edib. Əvvəlki çatları daha da böyüdüb, eyni zamanda yeni çatlar əmələ gəlib”.

126
Teqlər:
bina, siçovul, ilan, şagirdlər, vəziyyət, bərbad, kənd, məktəb, Aşağı Öysüzlü, Tovuz
Əlaqədar
Deputatdan bank inhisarçılığına etiraz: Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ də susur
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar

Zod-Kəlbəcər yolunu bağlandı - Ermənilər təlaş içindədir

33
(Yenilənib 13:36 28.09.2020)
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb. Sputnik Ermənistan xəbər verir ki, ermənilər qorxuya düşərək Kəlbəcərə gedən yolu bağlayıblar.

Belə ki, Ermənistan Fövqəladə Hallar Nazirliyi təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər, o cümlədən Talış yüksəkliyi nəzarətə götürülüb.

33
Teqlər:
Ermənistan, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi məlumat yaydı: Vacib yüksəkliklər uğrunda döyüşlər aparırıq
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir
Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"
Müdafiə Nazirliyi: Ermənistan SQ sonuncu dəfə xəbərdar edilir