Bitki yağının istehsalı, arxiv şəkli

Süfrəmizdəki düşmən - Ondan necə qorunaq

249
(Yenilənib 09:19 11.09.2020)
"Mağazalarda indi kərə yağı yoxdur, hamısı spreyddir. Onların tərkibində trans yağlar var. Amma bu o demək deyil ki, Azərbaycanda bütün ölüm və xəstəliklər məhz trans yağların hesabına olub" - İbrahim Əhmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Dünyada trans yağların istehlakı nəticəsində ölüm hallarının üçdə ikisinə qədəri ABŞ, Azərbaycan, Banqladeş, Butan, Ekvador, Hindistan, İran, Kanada, Koreya Respublikası, Latviya, Meksika, Misir, Nepal, Pakistan, Sloveniyanın payına düşür. Bu siyahıda Azərbaycanın da adının hallanması təbii ki, təşvişə səbəb olur.

Bəs, Azərbaycanla bağlı bu rəqəm reallığı əks etdirirmi, sağlamlığımız üçün əsas təhlükə hesab edilən belə yağlardan uzaq olmağın necə, bir yolu varmı?

Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Düzü, Azərbaycanla bağlı açıqlanan bu məlumatla razı deyiləm. Çünki qeyd edim ki, Azərbaycanda yalnız şəhər əhalisi bu cür yağları istehlak edir. Rayon əhalisinin çoxu isə öz məhsullarından istifadə edir. Bu sadəcə olaraq sensasiya xətrinə deyilən fikirdir. Fikrimcə, Azərbaycanla bağlı vəziyyət deyildiyi kimi deyil. Düzdür, razıyam ki, Azərbaycanda mağazalardan aldığımız bütün yağların tərkibində trans yağlar var, bu sirr deyil. Sovet dövründə marqarin-kərə yağı ifadəsi vardı, camaat marqarindən qaçırdı. Mağazalarda indi kərə yağı yoxdur, hamısı spreyddir. Onların tərkibində trans yağlar var. Amma bu o demək deyil ki, Azərbaycanda bütün ölüm və xəstəliklər məhz trans yağların hesabına olub. Trans yağlardan ölümlər deyildiyi səviyyədə deyil".

Bəs, satışda olan yağların nə qədəri trans yağdır, sualına cavab olaraq isə İ.Əhmədov onlar tərəfindən bu istiqamətdə hansısa araşdırmanın aparılmadığını bildirib: "Biz sadəcə olaraq belə yağların elmi əsası ilə məşğul oluruq. Gələn yağların tərkibini analiz etmirik. Bu yağların nə qədəri gəlmədir, nə qədəri yerli istehsaldır, bilmirik. Sadəcə olaraq onu deyə bilərəm ki, bu yağlar kifayət qədər təhlükəlidir, qaraciyərin, ürək, qan-damar sisteminin bir nömrəli düşmənidir".

Ekspert deyir ki, yağ alarkən dadına görə onu fərqləndirmək lazımdır: "Bizim bundan başqa əlacımız yoxdur. Kənd yeri deyil ki, özümüz istehsal edək. Kənd yağı adı ilə satanların da babalı öz boyunlarınadır. Nə bilək ki, tərkibinə marqarin qatılıb, ya yox. Yalnız laborator üsullarla yağın tərkibini təyin edib ona qiymət vermək olar".

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında trans yağlarla bağlı onlara çoxsaylı müraciətlərin daxil olduğunu deyir: "Azad bazar olduğundan istehlakçının seçim hüququ var. Təəssüflər ki, bəzən bitki yağları, spreyd yağlar da kərə yağı adı altında satılır. Biz illərlə bu cür müxtəlif yağların bazardan çıxarılmasına nail olmuşuq".

Duru yağların qatılaşaraq trans yağlara çevrildiyini deyən E.Hüseynov Azərbaycanın yağ bazarında hərc-mərcliyin olduğunu diqqətə çatdırıb. O, bundan başqa, ölkədə malların markalanmasında problemlərin olduğunu deyib.

E.Hüseynov bu gün Azərbaycanda istehlakçıların daha çox maraq göstərdiyi Yeni Zellandiyadan gətirilən yağlar haqda da danışıb: "Yeni Zellandiyada konfransda olduğum müddətdə Azərbaycan üçün də yağların istehsal olunduğu zavoda getdim. Bütün prosesi izlədim. Məlum oldu ki, Yeni Zellandiyadan Azərbaycana gətirilən yağlar normal kərə yağlarıdır".

"Bəs, əsl kərə yağını necə fərqləndirək?" sualına cavab olaraq isə həmsöhbətimiz deyir ki, əsl kərə yağı kəsəndə parçalanır, donanda isə çox bərk və sümük rəngində olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə bildirilib ki, trans yağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır: "Habelə bitki yağlarının rafinə edilməsi zamanı da trans yağların əmələ gəlməsi məlumdur. Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5%-dən çox trans izomerin yarandığı müəyyən edilib. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da trans yağ turşularının əmələ gəldiyi məlum olub".

AQTA-dan bildirilib ki, son zamanlar hazır qida məhsullarının - "fastfood"ların istehlakının artımını nəzərə alsaq, tərkibində trans yağlar olan ərzaqları tanımaqla sağlamlığımızın qeydinə qala bilərik: "Daha çox hamburger, pizza, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack), peçenye, çipsi, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonezin istehalında bu yağlardan istifadə olunur".

Bu yağların zərərinə gəldikdə isə qeyd olunub ki, gündəlik qida rasionunda trans yağ turşularının qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər: "Trans yağ turşuları sis yağ turşuları ilə müqayisədə daha yuxarı temperaturda (25±5°C) əridiyindən qidalanma fiziologiyası və ürək-damar xəstəlikləri baxımından mənfi təsirə malikdir. Belə ki, trans yağlar aşağı sıxlıqlı lipoproteini (“zərərli” xolesterol) artırıb, yuxarı sıxlıqlı lipoproteini (“xeyirli” xolesterol) azaltmaqla ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Həmçinin trans yağ turşuları orqanizmin hüceyrələrində insulinə qarşı rezistentlik əmələ gətirərək diabetə meylliliyin yüksəlməsinə, aterosklerozun və xroniki iltihabi proseslərin inkişafına şərait yaradır".

"Trans yağlardan qorunmaq üçün nə etməliyik?" sualına cavab olaraq isə bildirilib ki, paketlənmiş hər hansı bir qidanın trans yağa malik olub-olmadığını öyrənmək məqsədilə, etiket məlumatlarını və məhsulun tərkibi barədə məlumatların qeyd edildiyi bölmələri diqqətlə oxumaq lazımdır. Belə ki, bəzi qablaşdırma məlumatlarında "trans yağ" əvəzinə "hidrogenləşdirilmiş bitki yağı" ifadəsi yazılır. Buna diqqət etməklə, özümüzü trans yağların mənfi təsirindən və sağlamlığımıza yarada biləcək təhlükədən qoruya bilərik.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21%, ölüm riskini isə 28% artırır. Bundan başqa, trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, Alzheimer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur. Bundan başqa, belə yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir. Böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sistemində pozuntuların yaranmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyi də sübut olunub. Bundan baqşa, digər araşadırma  ilə trans yağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilib.

249

Qubadlı quş uçuşundan - FOTO

14
(Yenilənib 11:53 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanıb və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

14
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir
(0:49 / 6.24Mb / просмотров видео: 60)

Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı video

46
Keçən gecə dövlət başçısı Qubadlı şəhərinin işğaldan azad olunduğu barədə məlumat verdi. Bu xəbərin Sumqayıt şəhərində necə qarşılandığını videomuzdan izləyin.

Komendant saatının qüvvədə olmasına baxmayaraq ötən gecə Sumqayıt sakinləri Qubadlı şəhərinin işğaldan azad olunmasını qeyd etmək üçün küçələrə çıxıblar. Xatırladaq ki, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş insanların böyük bir qismi Sumqayıt şəhərində məskunlaşıb.

Qeyd edək ki, oktyabrın 25-də Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bir aydan da qısa müddətdə Hadrut qəsəbəsi, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsini işğaldan azad etdiyini bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilib.

 

46
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə