Xırdalanda uşaqlar, arxiv şəkli

Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb

53
(Yenilənib 15:03 09.09.2020)
Azərbaycanda 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə nə qədər müavinətin veriləcəyi məlum olub

BAKI, 9 sentyabr — Sputnik. "Sosial müavinətlər haqqında" qanuna təklif olunan dəyişikliyə görə, 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə 480 manat müavinət, valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib ki, ötən il noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. 2019-cu ilin noyabrın 1-dən indiyə qədər ümumilikdə 3 uşaq əcnəbilərə övladlığa verilib.

O qeyd edib ki, 2019-cu il noyabrın 1-dək övladlığa götürmə ilə bağlı səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub: "Ötən il noyabrın 1-dək 80-ə yaxın uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb".

53
Əlaqədar
Büdcə ilə bağlı yenə müzakirə açılır
Təhsil müəssisələri "kisənin ağzını açırlar": tələbə və məzunlara pul veriləcək
DSMF-dən 5 uşaqlı ana ilə bağlı açıqlama: pay torpağını qeydiyyata alın...
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

9
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

9
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

11
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

11
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar