Göygöl gölü

İsti günlər davam edir, amma meteohəssaslar özlərini gözləsinlər

17
(Yenilənib 14:03 09.09.2020)
Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 9 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

17
Teqlər:
nisbi rütubət, rütubət, meteohəssas, payız, isti, dolu, şimşək, hava proqnozu
 Koronavirus testi, arxiv şəkli

COVID-19 taym-aut götürüb: Azərbaycanda günün statistikası

12
Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir. Ötən müddət ərzində 1728577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.

12
Teqlər:
ölənlər, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Jurnalist, arxiv şəkli

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

20
(Yenilənib 17:10 30.11.2020)
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

20
Teqlər:
keçmiş məhbus, qadınlar, hücum, Türkiyә, serial
Hadisə yerində

İran nüvə alimini öldürənləri müəyyənləşdirdiklərini bəyan etdi

0
(Yenilənib 17:24 30.11.2020)
Bu elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var.

BAKI, 30 noyabr — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Əli Şamhani rəsmi Tehranın nüvə üzrə alim Möhsün Fəxrizadənin ölümünü kimin təşkil etdiyini müəyyənləşdirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir.

"Bu, elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var. Eyni zamanda bunu kimin planlaşdırdığını bilirik, onun keçmişi bəllidir", - deyə Şamhani qeyd edib.

Onun sözlərinə görə, bu hadisədə İsrail və "Mossad", həmçinin İranda qadağan olunan "İran Xalqının Mücahidləri Təşkilatı" da rol oynayıb.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

0
Teqlər:
qətl, nüvə, fizik, alim, İran