Milli Məclisdə deputatın iş yeri, arxiv şəkli

Büdcə ilə bağlı yenə müzakirə açılır

21
(Yenilənib 12:22 09.09.2020)
Vergi, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrində və "Uşaq hüquqları haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Ümumi təhsil haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

BAKI, 9 sentyabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ daxil edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq.

Komitə üzvləri "Təhsil haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Sosial müavinətlər haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "İşsizlikdən sığorta haqqında" və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunlarda dəyişikliklərə baxacaqlar.

Eyni zamanda Vergi, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrində və "Uşaq hüquqları haqqında", "Sağlamlıq imkanlarında məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Komitə sədri Musa Quliyev deyib ki, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına iki məsələ daxil edilib: "Bunlar "Turizm haqqında" və "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələridir. Sessiya dövründə bir sıra qanunlara da əlavə və dəyişikliklərin ediləcək".

21
Teqlər:
qanun, təhsil, müzakirə, deputat, Milli Məclis, əmək, Vergilər Məcəlləsi, büdcə
Əlaqədar
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanacaq: təhsil haqqı da gündəmdədir
Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqləndi
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib

0
(Yenilənib 13:57 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam
Qərənfillər, arxiv şəkli

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib

1
(Yenilənib 13:54 26.11.2020)
Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti, aktyor İbrahim Əliyev (Əlizadə) dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor 71 yaşında vəfat edib.

Yaradıcılığına ötən əsrin 60-cı illərində başlayan teatr və kino aktyoru bir çox teatr tamaşalarında oynamaqla yanaşı, "Azərbaycan xanlıqları", "Əmək və qızılgül ", "Güllələnmə təxirə salınır!", "Qətl günü" kimi filmlərdə rol alıb.

1
Teqlər:
vəfat, Azərbaycanın əməkdar artisti