Депрессия

Bərdədə qaçırılan yetkinlik yaşına çatmamış qız Bakıda reabilitasiyaya yönləndirilib

22
(Yenilənib 21:26 08.09.2020)
Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir

BAKI, 8 sentyabr — Sputnik. Sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən dərhal nəzarətə götürülüb, o, şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb. Eləcə də Ombudsmanın tapşırığı əsasında Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ailələr ziyarət edilib, məsələ yerində araşdırılıb.

Ombudsman Aparatından verilən məlumata görə, nəticə olaraq həmin yetkinlik yaşına çatmayan şəxs Bakı şəhərində lazımi sosial reabilitasiya və psixoloji xidmətlərə yönləndirilib, hüquqlarının təmini nəzarətdə saxlanılır: "Qeyd olunmalıdır ki, sosial və mənəvi-psixoloji mahiyyətə malik olan bu kimi məsələlər hər birimizin dəstəyini tələb edir. Müvəkkil yetkinlik yaşına çatmayan şəxsin maraqlarının təmin edilməsinə dəstək olan vətəndaşlara, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə öz təşəkkürünü bildirir". 

22
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

80
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

80
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

16
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

16
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla