Yolda avtobus, arxiv şəkli

Turistik zonalarda avtobusların sayı artırılacaq

17
(Yenilənib 16:55 07.09.2020)
Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib

BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) regionlarda gücləndirilmiş iş rejimi elan edib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan verilən məlumatda bildirilir.

Qeyd edilir ki, bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib. Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı tətbiq edilən məhdudiyyət öz qüvvəsində qalır. Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.

17
Teqlər:
qrafik, rayonlar, turist, turizm, avtobus
Əlaqədar
Karantin postları qalacaqmı?
Regionlarda taksilərdə qiymət artımı gözlənilirmi?
Tarif Şurasından "Gediş haqqı" açıqlaması
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

45
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

45
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

223
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

223
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

0
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

0
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub