Müəllimlərin işə qəbulu üzrə imtahanı, arxiv şəkli

Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşib

189
(Yenilənib 16:25 07.09.2020)
Keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib

BAKI, 7 sentyabr — Sputnik. 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçid balı Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib.

Mövcud qaydalara əsasən, keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər 8 sentyabr saat 14:00-dan 9 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Digər fənlər üzrə keçid balı və vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək. Əvvəlki ildən fərqli olaraq, cari ildə peşə təhsili müəssisələrində mövcud olan vakant yerlər də namizədlərin seçimi üçün təqdim ediləcək.

189

İtaliya sahillərində nəhəng balina cəmdəyi tapılıb video

5
(Yenilənib 11:57 22.01.2021)
İtaliyanın Sorrento limanı hövzəsində nəhəng balina cəmdəyi tapılıb. Hadisənin şahidlərinin çəkdiyi kadrları izləyin.

Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.

Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.

5

Ölkədə son sutkada 162 yeni yoluxma faktı qeydə alınıb

5
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.

BAKI, 23 yanvar - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.

5