Daş karxanası, arxiv şəkli

Rüşvəti üstələyən leqal qiymət: ona görə ciyərlər çökür, həyatlar sönür

2762
(Yenilənib 16:29 08.09.2020)
"Karxananın tozu və səsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, dövlət qurumları tozun və səsin norma həddində olduğuna dair rəy verir. Sahibkar pul qazanır, biz toz uduruq”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda daş karxanalarından şikayətlər artır. Sputnik Azərbaycan-ın məlumatına görə, yaşayış məntəqələrinə yaxın yerləşən daş karxanaları ətraf mühit, eləcə də yaxınlıqda yaşayan insanların həyatı üçün əsl təhlükə mənbəyinə çevrilib. Nərgiz Qafarova adlı sakin bildirir ki, Nardaran daş karxanası işə başlayandan dayandırılanadək toz əlindən göz-gözü görmür. Sakin hər gün bu karxananın tozunu udduqlarını söyləyir. N.Qafarova deyir ki, karxananın tozu və səsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, dövlət qurumları tozun və səsin norma həddində olduğuna dair rəy verir:

“Tozun hansı norma həddində olmasını görmək üçün bizim evlərimizin həyətinə, ağacların üzərinə çökən tozu görmək kifayətdir. Çox təəssüf ki, biz şikayət etsək də, karxananın fəaliyyətinə qadağa qoyulmur. Sahibkar pul qazanır, biz toz uduruq”.

Daş karxanalarına yaxın yaşayan sakinlərin sözlərinə görə, karxanalar vaxt rejiminə də əməl etmir. Onlar axşam saatlarında da işləyir ki, bu da insanların istirahətinə ciddi mane olur. 

Nardaranda yerləşən daş karxanasının rəhbəri Ədalət Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daş karxanalarında tozla bağlı sakinlər iddiasında haqlı olsalar da, sakinlər arasında karxana ilə bağlı qərəzli mövqe tutanlar da var: "Toz elə bir şeydir ki, onu danmaq olmaz. Amma burada müəyyən məsələlər var. Bu karxana 1952-ci ildən fəaliyyət göstərir. Bakıda "Xuruşovka"ların çoxu bu Nardaran daşı ilə tikilib. Buralar əvvəllər sovxozun torpaqları olub. Sakinlərə bağ kimi paylanılıb. Sakinlər bilirdilər ki, burada karxana var, yerin altından daş çıxır. Onlar burada ev tikməmiş karxana var idi. Hətta o evlərin çoxuna, bizdən şikayət edənlərə belə ev tikmək üçün mən karxanadan pulsuz daş vermişəm. İndi o evlərin sahibləri səs-küy salır ki, mən onlardan həmin evləri baha qiymətə alım. Mən də buna razı olmuram. Nəticədə onlar dayanmadan bu karxana ilə bağlı aidiyyatı qurumlara şikayət edirlər. Amma mən mümkün qədər karxanadan tozun ətrafa yayılmaması üçün tədbirlər görürəm". 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, Nardaran karxanası qanuni fəaliyyət göstərir. Onun sözlərinə görə, karxanaların ətraf mühitə mənfi təsiri var və buna görə onlara fərdi qaydada illik ödəmələr müəyyən edilir. Lakin onların fəaliyyətinin dayandırılması tikinti bazarında qiymətlərin dəfələrlə artmasına və ölkəmizin qarşıya qoyduğu inkişaf planlarının pozulmasına səbəb ola bilər.

Qeyd edək ki, yaşayış massivlərinə yaxın yerləşən karxanalar çoxdur. Həmin qəsəbələrdə yaşayanlar karxanaların tozundan, səsindən rahat həyat yaşaya bilmədiklərindən şikayətlənirlər.

Ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karxanaların fəaliyyətinə ciddi nəzarət edilmir. Onun sözlərinə görə, daş karxanaları ilə bağlı əhalinin şikayətlərində haqq var: “Çox təəssüf ki, daş karxanaları sahiblərini ətraf mühit, yaxınlıqda yaşayan insanlar düşündürmür. Əslində daş karxanaları nəhəng tozsoran nasos qoymalıdırlar. Bu nasoslar ətrafa tozun yayılmasının qarşısını alır. Amma həmin nasosların qiyməti çox bahadır. Hətta daş karxanası açmaq üçün qeyri-leqal ödənilən puldan iki dəfə çox. Ona görə də karxanalar bu nasosu alıb qoymurlar. Nəticədə ətraf toz-dumana çevrilir”.

T.Zeynalovun sözlərinə görə, karxanalar müasir və yeni avadanlıqlardan istifadə etmədiklərindən səs də ətrafa yayılır. Bu isə insanların rahatlığını pozur.

Qeyd edək ki, məsələyə aydınlıq gətirən nazirlik səlahiyyətlisi karxanaların ətrafında məskunlaşmanın əksər hallarda sonradan baş verdiyini söyləyib.

Bununla belə, karxanalara yaxın yaşayış varsa, ekspertlər orada yaşayan insanların sağlamlığına təhlükə olduğunu söyləyirlər.

Məşhur ftiziatr Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daş karxanalarının tozu sağlam insanların da həyatı üçün təhlükədir: “İnsan ciyərlərinin toz udma ilə bağlı norması var. Bu norma artarsa, ağciyərdə müəyyən dəyişikliklər baş verər. Digər xəstəliklər baş qaldırmağa başlayar. Daş karxanalarında toz ilk növbədə orada çalışan insanların həyatı üçün təhlükəlidir. Hər gün o qədər toz udmaq olmaz. Əgər tozun qarşısı alınmırsa, insanlar oradan uzaqlaşdırılmalıdırlar. Əks halda, mütləq bir müddətdən sonra səhhətlərində problemlər yarana bilər".

Qeyd edək ki, son illər ölkəmizdə daş karxanalarının sayı azalıb. Üç il əvvəl Azərbaycanda 800-dən artıq daş, çınqıl və qum karxanası fəaliyyət göstərirdisə, hazırda onların sayı 300-ə düşüb. Ümumilikdə fəaliyyəti dayandırılan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Bunun 15 milyon 600 min manatı Ətraf Mühitin Mühafizəsi Fonduna artıq ödənilib, ödənilməyən hissəsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib, hətta bir hissəsi barədə qərar çıxarılıb və məcburi qaydada ödənilməsi həyata keçiriləcək.

2762
Teqlər:
nasos, işçi, , hava, biznes, toz, daş karxanası
Əlaqədar
İki gün tozun əsarətində olacağıq
Daş karxanalarının fəaliyyətindən narazılıq - Nazirlik isə rəy verir
Yaz və payız yoxa çıxır - Bəs şairlər nəyi vəsf edəcəklər?
Tozdan pul çıxaranlar – Sağlamlığımız bahasına var-dövlət qazanırlar
“Onlara süd də verilməlidir” – Zərərli yerlərdə işləyənlərə hansı güzəştlər var
Rayonlar arası post, arxiv şəkli

Şəhərlər rayonlararası hərəkət bərpa olundu - Sərnişin daşıyanlar isə cəzalanacaqlar

0
(Yenilənib 11:08 25.01.2021)
"Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək" - BDYPİ rəsmisi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. "25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunsa da, sərnişindaşımaya olan qadağa qüvvəsində qalır. Ona görə də şəhərlərarası və rayonlararası sərnişindaşıma halları olarsa, bunun qarşısı alınacaq".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib. N.Piriyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub: "Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunub. Bu gündən Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur. Bununla yanaşı, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır. Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-nın şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması barədə qərarı bəzən səhv başa düşülür: "2021-ci il aprelin 1-dək sərnişindaşımaya qadağa qüvvəsindədir. İnsanlar öz şəxsi avtomobilləri və taksi ilə şəhərlərarası və rayonlararası hərəkət edə bilərlər".

0
Teqlər:
polis, rayonlar, post, bərpa, hərəkət, yol, cəza, sərnişindaşıma, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Avtobus

Bakıda iki marşrut üzrə avtobusların hərəkət istiqaməti dəyişdi - SXEM

5
(Yenilənib 10:44 25.01.2021)
Zığ-Hava limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib

BAKI, 25 yanvar — Sputnik. Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişib. Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, Zığ-Hava limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildiyindən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

5
Teqlər:
dəyişiklik, hərəkət istiqaməti, marşrut, avtobus, Bakı