Goranboyda kökün yığımı

Daha bir bölgəmiz özünün brend məhsulunu yetişdirməyə başlayıb - FOTOLAR

952
(Yenilənib 00:24 07.09.2020)
Yenikənd Goranboyun dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindədir. Kənddə becərilən yerkökü burada yaşayan sakinlərin işlə təmin olunmasında xüsusi rol oynayır.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr - Sputnik. Yerkökü Goranboyun dağlıq əraziləri üçün xarakterik olmasa da, bir neçə ildir burada fərqli üsulla yetişdirilir. Xaricdən gətirlən toxum torpaqa səpildikdən sonra, suvarılması çiləmə üsulu ilə aparılır. Münbit torpaqda qənaətli su ilə yetişən yerkökü, dadı və məhsuldarlığı ilə seçilir. Əvvələr əl əməyi ilə sahələrdən toplanan bitkini, hazırda xüsusi aqreqat torpaqdan çıxarıb iri yük avtomobillərinə yükləyir. Bu həm ucuz başa gəlir, həm də fermer üçün daha rahat olur.

Yenikənd Goranboyun dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindədir. Kənddə becərilən yerkökü burada yaşayan sakinlərin işlə təmin olunmasında xüsusi rol oynayır. Sputnik Azərbaycan xəbər verir ki, torpaqda qalan az miqdarda məhsul əl əməyi ilə yığılır. Bu zaman dağ kəndlərinin sakinləri yığım işini həyata keçirib günə 13-15 manat pul qazana bilirlər. Bunu Səyyarə Süleymanova Sputnik Azərbaycan-la söhbətində bildirib.

  • Goranboyda kökün yığımı
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda kökün yığımı
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yetişdirilmiş yerkökü
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yerkökü yığımı
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda kökün yığımı
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yerkökü yığımı
    © Sputnik / Rahim Mammadov
1 / 6
© Sputnik / Rahim Mammadov
Goranboyda kökün yığımı

Dağ kəndində yetişdirilən məhsul, əsasən daxili bazara çıxarılır. Təsərrüfat sahibi Şakir Hüseynov artıq “Goranboy kökü”nün öz alıcısının olduğunu deyir: 

“Dağlıq ərazidə yetişən köklə, Aran ərazidə bitən arasında fərq çoxdur. Buradakı məhsul həm keyfiyyətinə, həm də şirinliyinə görə daha yaxşıdır. Buradakı hava, su məhsulu daha da dada gətirir. Goranboy kökü artıq bazarlarda 1 nömrəli məhsul kimi tanınır və yaxşı qiymətə gedir” deyə o bildirib.

Hündürlükdə əkilən yerkökü sahələrdə quraşdırılan qurğular vasitəsi ilə rahat suvarılır. Çiləmə üsulu ilə həm də suya qənaət edilmiş olur. Toplanması isə əsasən texnikalarla aparıldığından yerkökünün maya dəyəri də az olur. Elə bu səbəbdən bazarda daha ucuz satılır. Hazırda sahələrdən toplanan yerkökü daxili bazarda 0.60-0.70 qəpiyə təklif edilir.

952
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

6
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

6
Koronavirusa qarşı  peyvənd, arxiv şəkli

COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq

8
(Yenilənib 23:05 26.09.2020)
''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib.

BAKI, 26 sentyabr — Sputnik. Bütün dünyanı təsir altına alan koronavirus pandemiyasına qarşı peyvəndin sınaqlarını həyata keçirən ABŞ-ın dərman firması xoş xəbər açıqlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, firma, yayımladığı məlumatda qeyd edib ki, koronavirus peyvəndi kliniki sınaqlarda güclü immunitet yaradıb.

''Ad26.COV2.S'' adı verilən peyvəndin tək dozasının iki dozaya bərabər təsirə malik olduğu bildirilib. Artıq 1000 nəfərdən çox şəxs üzərində bu peyvəndin sınağı aparılıb. Lakin poeyvəndin hələlik ki, yaşlı nəsil üzərində təsirinin bəlli olmadığı da bildirilib. Yəni, kliniki sınaqlar zamanı gənc və orta yaşlılarda immun sisteminin virusa qarşı 64 faiz həddində olduğu deyilsə də, 65 yaşdan yuxarı şəxslərdə bu rəqəmin 36 faiz civarında olduğu bildirilib. Peyvəndin ümumi olaraq peyvəndin 60 mindən artıq şəxs üzərində sınağı aparılacaq.

Bir neçə mərhələdən uğurla keçdikdən sonra bu peyvənd 2021-ci ilin əvvəlinə qədər təqdim olunacaq.

8