Taksi, arxiv şəkli

Regionlarda taksilərdə qiymət artımı gözlənilirmi?

29
(Yenilənib 14:40 05.09.2020)
"Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərinişin daşımada taksi xidmətində qiymət tənzimlənməsi ilə bağlı hökumətə təkliflər verməyib"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Son günlərin əsas müzakirə mövzusuna çevrilən taksi fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan konsepsiyada dispetçer xidməti, vahid qiymət və həm də kvota məsələləri yer alıb. Sözsüz ki, taksi xidməti təkcə paytaxtda deyil, regionlarda da göstərilir.

Sputnik Azərbaycan respublika üzrə taksi fəaliyyəti ilə bağlı konsepsiyanın hazırlanıb-hazırlanmadığını araşdırıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Nuridə Allahyarova bildirib ki, bölgələrdə taksi xidməti ilə bağlı konsepsiya hazırlanmır. N.Allahyarovanın sözlərinə görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın bəndlərinə əsasən, bütün sahələrdə işlər aparılır: "Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərnişindaşımada taksi xidmətində qiymət tənzimlənməsi ilə bağlı hökumətə təkliflər verməyib. Sərnişindaşıma ilə bağlı müəyyən təkliflər var. Bu gün ictimai nəqliyyatda narahatlıq yaradan əsas məqamlardan biri sərnişindaşımada istismar dövrünü başa vuran avtobusların istifadəsi ilə bağlıdır. Bizim taksilərlə bağlı, onların tarifləri ilə bağlı hər hansı bir təklifimiz yoxdur".

 

29
Əlaqədar
YAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
"Taksi məsələsi"nə yenidən baxılacaq: Hikmət Babayev barəsində inzibati tədbir görülüb
Hikmət Babayev “BakuBus”da vəzifəyə gətirilib? - Açıqlama
Taksidə doğulan uşağın hekayəsi: "Üzümü çevirəndə o, artıq oturacağın üstündə idi"
Rayonlar arası post, arxiv şəkli

Şəhərlər rayonlararası hərəkət bərpa olundu - Sərnişin daşıyanlar isə cəzalanacaqlar

5
(Yenilənib 11:08 25.01.2021)
"Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək" - BDYPİ rəsmisi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. "25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunsa da, sərnişindaşımaya olan qadağa qüvvəsində qalır. Ona görə də şəhərlərarası və rayonlararası sərnişindaşıma halları olarsa, bunun qarşısı alınacaq".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib. N.Piriyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub: "Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunub. Bu gündən Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur. Bununla yanaşı, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır. Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-nın şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması barədə qərarı bəzən səhv başa düşülür: "2021-ci il aprelin 1-dək sərnişindaşımaya qadağa qüvvəsindədir. İnsanlar öz şəxsi avtomobilləri və taksi ilə şəhərlərarası və rayonlararası hərəkət edə bilərlər".

5
Teqlər:
polis, rayonlar, post, bərpa, hərəkət, yol, cəza, sərnişindaşıma, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Avtobus

Bakıda iki marşrut üzrə avtobusların hərəkət istiqaməti dəyişdi - SXEM

5
(Yenilənib 10:44 25.01.2021)
Zığ-Hava limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib

BAKI, 25 yanvar — Sputnik. Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişib. Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, Zığ-Hava limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildiyindən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

5
Teqlər:
dəyişiklik, hərəkət istiqaməti, marşrut, avtobus, Bakı