Qayalıqlar üzərində boya ilə yazılmış yazılar

Qədim yurdun müasir Qobustanı: kötücələrimiz şəkil əvəzinə dil çözəcəklər - FOTO

157
(Yenilənib 16:10 05.09.2020)
Əsrik dərəsinə üz tutan turistlər müxtəlif rəngli boyalardan istifadə etməklə qayalıqlar üzərində maraqlı görüntülər yaradıblar

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Qayalar üzərinə yazılan müxtəlif ismarıclar, etiraflar və adlar… Bura bir tərəfini Zəyəmçayın yuduğu, bir tərəfini isə Kiçik Qafqazın ucsuz-bucaqsız sıldırım qayalıqlarının qoruduğu Əsrik dərəsidir.

Təbiətin bəxş etdiyi füsunkar gözəlliyi, sərin bulaqları, buludlara qədər uzanan meşələri ilə yanaşı, bu məkan həm də müasir insan izlərini özündə qoruyub saxlayır. Söhbət qayalıqların üzərindəki daş kitabələrdən gedir. Bu kitabələr nə mixi əlifba ilə, nə heroqliflərlə, nə də küt alətlərlə yazılıb. Dərəyə üz tutan turistlər sadə üsulla - müxtəlif rəngli boyalardan istifadə etməklə qayalıqlar üzərində maraqlı görüntülər yaradıblar. Yazılar, əsasən gənc turistlərin duyğularının ifadəsi, ismarıcları ilə diqqət çəkir.

  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
  • Qayalıqlar üzərində boya ilə yazılmış yazılar
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Qayalıqlar üzərində boya ilə yazılmış yazılar

Yazılar arasında yer adlarına və avtomobil nömrələrinə də rast gəlinir. Bu da təbii ki, Əsrik dərəsinə ölkənin dörd bir yanından səyahət edənlərin çoxluğundan xəbər verir.

Kilometrlərlə uzanan dərənin insan əli çatan yerləri, demək olar ki, qalmayıb. Artıq yeni ismarıclar köhnələrin üzərinə həkk olunub. Bəzi yazılar hətta daha yuxarı və çıxılması üçün risk tələb edən yerlərə yazılıb.

© Sputnik / Ilham Mustafa
Dəmir hasarda boya ilə yazı

Ənənəyə çevrilən qayaüstü yazılar daha çox restoran sahiblərinin işinə yarayıb. Son vaxtlar bu yazılar arasında istirahət məkanlarının reklamlarına da rast gəlmək mümkündür.

Düzdür, bu cür yazılara başqa yerlərdə - parklarda, yol kənarlarındakı divarlarda tez-tez rast gəlinsə də, nədənsə Əsrik dərəsindəki yazılar ilk baxışda Qobustandakı daş kitabələri xatırladır. Elə buna görə də qədim yurdun əzəmətli qayalarına həkk olunan rəngbərəng sözlər həm dərəni ziyarətə gələnlərdə, həm də yerli sakinlərdə xüsusi maraq doğurur.

157
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Əlaqədar
Gizli oazis: Qobustan rayonunda gözlərdən uzaq istirahət məkanı - FOTO
Tovuzluların "Big Ben"i, Bağırovun inanılmaz reaksiyası və ekoloji bəhanə - FOTO
Hər qarışından tarix boylanan qəsəbə: Orada “Kasıb Piri” və “Əli daşı” kimi möcüzələr var
Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır

Şahbuz rayonunda zəlzələ olub

1
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

1
Avropa Şurasının binası qarşısında bayraqlar, arxiv şəkli

Azərbaycanlı deputatlar sabah Strasburqa gedirlər

5
AŞPA-nın qış sessiyasında Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

5