Rayona getmək istəyənlərə xəbərdarlıq - Tələsməyin

51
(Yenilənib 12:00 05.09.2020)
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılacağını nəzərə alın

BAKI, 5 sentyabr — Sputnik. DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aradan qaldırılması barədə məlumatı nəzərə alınaraq, DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından müvafiq ezamiyyə sənədləri olmadan və ya "icaze.e-gov.az" portalına bu haqda məlumatlar daxil edilmədən respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd edilməməsini və qeyd olunan vaxtadək təmkin göstərərək mövcud qaydalara ciddi riayət olunmasını xahiş edir".

51
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (435)
Əlaqədar
Bakı, Sumqayıt və Abşerona gediş-gəlişlə bağlı məhdudiyyət aradan qaldırıldı
Aylar sonra kafe və restoranların əvvəlki qaydada xidmət göstərməsinə icazə verildi
İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə verilir
Operativ Qərargaha etimad kifayət qədər aşağı düşüb - SORĞU
Şuşa adlı uşaq

Əziz Şuşa, adınla böyü!

4
(Yenilənib 12:48 28.01.2021)
Vətən müharibəsində şəhid olan Elçin Ağayevin arzusu indi üzünü görə bilmədiyi övladının adı ilə yaşayır.

BAKI, 28 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin övladı Şuşaya şəxsiyyət vəsiqəsi verilib. Bu barədə Sputnik Azərbaycan-a "ASAN xidmət"dən məlumat verilib.

Qeyd edilib ki, şəhid Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.

4
Teqlər:
övlad, şəhid, Şuşa
20 Yanvar dairəsi, arxiv şəkli

Yeni yol hərəkəti qaydaları: kimə faydası olacaq?

6
(Yenilənib 12:40 28.01.2021)
Yeni yol hərəkəti qaydalarının yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində Elməddin Muradlı cavablandıracaq.

BAKI, 28 yanvar — Sputnik. Son günlər ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri də "Yol hərəkəti haqda" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdir. Güman edilir ki, yaxın vaxtlarda bu dəyişiklikləri Milli Məclis müzakirə edəcək.

Dəyişikliklərdən birinə görə, qəza yerini tərk edən sürücü, əgər sağlamlığa heç bir xətər yetirilməyibsə, məsuliyyətə cəlb olunmayacaq. Digər təklifə görə, avtoxuliqanlığa görə cərimə azaldılır, qanunsuz parklanmaya görə qaydalar da dəyişir və s.

Bu yeniliklərin yollardakı vəziyyətə necə təsir edəcəyi barədə sualları yanvarın 29-u saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında nəqliyyat məsələləri üzrə məşhur ekspert, Avtosfer.az informasiya portalının baş redaktoru, Jurnalistika və İnkişaf Mərkəzi ictimai birliyinin sədri Elməddin Muradlı cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

6
Teqlər:
müzakirə, ekspert, dəyişiklik, qanun, yol hərəkəti qaydaları, yol hərəkəti