Генеральная прокуратура Азербайджанской Республики

Bakıda kranın aşması faktı ilə bağlı cinayət işi başlanıb

11
(Yenilənib 20:13 04.09.2020)
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 4-də saat 14.00 radələrində paytaxtın Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında kranın yaşayış binasının üzərinə aşması nəticəsində bir nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğdan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyənləşib ki, qeyd edilən ünvanda “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan  hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində ölüb, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv və zəruri istintaq hərəkətləri davam etdirilir.

11
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

16
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

16
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19