Yaşlı qadın, arxiv şəkli

Pensiyaçılara şad xəbər - Yeni xidmət hazırlanır

12
(Yenilənib 10:39 04.09.2020)
Bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək

BAKI, 4 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik "Pensiya kalkulyatoru" e-xidmətini hazırlayır. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumatda qeyd olunur ki, e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.

Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək. Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

12
 Əlil, arxiv şəkli

İşləyən əlillərin sayı açıqlanıb

0
(Yenilənib 17:34 18.09.2020)
Altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda işləyən əlillərin sayı açıqlanıb. Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, "Əmək müqaviləsi bildirişi" e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir. Altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur.

Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur. Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-u isə qeyri-dövlət sektorunda çalışır.

Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar. 2020-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 1684 nəfər əlilliyi olan şəxs işlə təmin olunub.

0
Teqlər:
Dövlət Məşğulluq Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Məhkəmə zalı, arxiv şəkıli

Xalq artisti qonşusunu məhkəməyə verib

5
(Yenilənib 17:18 18.09.2020)
Yaşadığı binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib

BAKI, 18 sentyabr — Sputnik. Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib. Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisanın yaşadığı tarixi binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirib.

Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd edib.

5
Teqlər:
Zemfira Nərimanova, xalq artisti, məhkəmə, bina, aktrisa
Əlaqədar
Xalq artisti evini satışa çıxarıb
Azərbaycanda çəkilən yeni film tamaşaçıları ötən əsrə aparacaq
Afaq Bəşirqızının oğlu yeni direktor olan xanımından boşanır
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürüb
Xalq artisti toy təklifindən imtina edib