Taksi duracaqları

"Taksi məsələsi"nə yenidən baxılacaq: Hikmət Babayev barəsində inzibati tədbir görülüb

146
(Yenilənib 17:54 03.09.2020)
"BNA-nın şöbə müdiri Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik"

BAKI, 3 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir.

"Layihənin həyata keçirilməsi nəticəsində sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlışrişin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərin icrası təmin ediləcək.

Son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb. Agentlik daxil olan rəy və təklifləri də nəzərə almaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb. BNA-nın şöbə müdiri Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik".

146
Teqlər:
BNA, taksi
Əlaqədar
YAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
Bakıda bu taksilər üçün elektrik doldurma stansiyaları quraşdırılır
Yeni konsepsiyanın qısa məzmunu - Ucuz taksilərə əlvida

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

18
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

18
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14