Yol tikintisi, arxiv şəkli

Qayaları çapıb yolu genişləndirdilər

21
Layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq

BAKI, 2 sentyabr — Sputnik. Ölkə başçısının 1 sentyabr 2020-ci il tarixli əlavə tədbirlər haqqında Sərəncamına əsasən, Quba rayonunun 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 km uzunluğa malik Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Quba-Qonaqkənd avtomobil yolunun keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulması artıq yekunlaşır. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.

Bundan başqa, avtomobil yolunun "Təngə dərəsi" kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib. Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metrdir.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.

21
ABŞ-da epidemioloji vəziyyət

Say durmadan artır, çarə isə tapılmır: ABŞ Rusiyada vəziyyət daha kritikdir

5
(Yenilənib 11:52 23.09.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb.

BAKI, 23 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 31 600 754 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 970 857 nəfər vəfat edib, 21 754 688 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 111 157 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Uhan, Çin, Rusiya, ABŞ, COVID-19, epidemiya, Koronavirus
Əlaqədar
Bu xəstəliklər zamanı koronavirus peyvəndinin vurulması tamamilə qadağandır
Koronavirus Qafqazdakı qonşularımızı da əziyyətə salıb
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb
Əli qandallanmış adam, arxiv şəkli

Eldar Həsənovun biznes şəriki rüşvət korrupsiyaya bulaşdığı üçün həbs edilib

10
(Yenilənib 11:16 23.09.2020)
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun şəriki, iş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib.

BAKI, 23 sentyabr — Sputnik. İş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Natavan Tağıyevanın sədrlik etdiyi iclasda vəsatət təmin edilib.

B.Əsədbəyliyə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda məninmsəmə və ya israfetmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, spirtli içki biznesi ilə məşğul B.Əsədbəylinin hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun yaxın adamı olduğu bildirlir.

Mediada onun E.Həsənovla şərikli biznesinin olması barədə də məlumatlar yayılıb.

Xatırladaq ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

10
Əlaqədar
Məhkəmə sabiq səfir Eldar Həsənov barədə qərar verdi
Səfir Eldar Həsənov həbs olunub
Prezident İlham Əliyev Eldar Həsənovu işdən çıxardı
Azərbaycan Milli Elmlər Akademiyasının binası, arxiv şəkli

AMEA-nın saytının baş redaktoru istefa verdi

0
(Yenilənib 12:25 23.09.2020)
AMEA-nın prezidenti Ramiz Mehdiyevin yazıları ilə populyarlaşan saytın baş redaktoru Nərgiz Qəhrəmanova öz ərizəsi ilə işdən çxıb.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

Qeyd edək ki, son vaxtlar akademiyanın saytı AMEA-nın prezidenti Ramiz Mehdiyevin yazıları ilə populyarlaşmışdı.

0
Teqlər:
akademik Ramiz Mehdiyev, Ramiz Mehdiyev, AMEA
Əlaqədar
AMEA üsyan etdi – Bizə böhtan atılır
Bolluca istirahət edin - AMEA-dan məsləhət
AMEA-nın yeni prezidenti məlum oldu
İlqar Orucov AMEA barədə: son 6 il ərzində ciddi tənəzzülə uğramışdı
AMEA-dan koronavirus barədə ümidverici xəbər