CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident və xanımından gənc istedadlara töhfə

© Official website of President of Azerbaijan RepublicAçılış
Açılış - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yeni təmirdən çıxan məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub, həmçinin Vaqif Mustafazadə guşəsi yaradılıb

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dövlətimizin başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində
Prezident və xanımından gənc istedadlara töhfə - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb.

© Official website of President of Azerbaijan Republic2 nömrəli Uşaq İncəsənət Məktəbi
Prezident və xanımından gənc istedadlara töhfə - Sputnik Azərbaycan
2 nömrəli Uşaq İncəsənət Məktəbi

Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu da yenidən inşa olunaraq istifadəyə verilib.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu
Prezident və xanımından gənc istedadlara töhfə - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xəbər lenti
0