Jurnalist

Türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarına təlim keçəcəklər

116
(Yenilənib 12:24 03.09.2020)
KİVDF tərəfindən jurnalistlər üçün onlayn formatda təlimlər təşkil ediləcək. Təlimçi qismində Türkiyənin məşhur jurnalistləri çıxış edəcəklər

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.

Təlimlər Türkiyənin tanınmış media təlimçiləri – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və "TRT", "Kanal D", "Star TV" televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcək.

Təlimlərin keçirilmə tarixləri və mövzuları belədir:

1-ci Təlim: 10 sentyabr 2020-ci il – Ali Murat Kırık - "Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı";

2-ci Təlim: 11 sentyabr 2020-ci il – Ali Murat Kırık - "Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması";

3-cü Təlim: 14 sentyabr 2020-ci il – Bora Balar - "Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası";

4-cü Təlim: 15 sentyabr 2020-ci il – Bora Balar - "Jurnalistikada saxta xəbər problemi: "fake news" və "deep fake".

İştirak etmək arzusunda olan jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla təlimdə iştirak üçün müraciət edə bilərlər.

Təlimdə iştirak etmək üçün müraciətlər 2020-ci il sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.

İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcək.

Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə 2020-ci il 9 sentyabr saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcək.

Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcək.

Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

116
Elektrik mənbəyi, arxiv şəkli

Mebel salonunda ölüm: bağbanı cərəyan vurdu

1
(Yenilənib 15:15 21.09.2020)
Mebel salonunda bağban işləyən Rəhman Aslanov elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rəhman Aslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən "Evra" MMC-yə məxsus "Voga" mebel salonunda bağban işləyən Rəhman Aslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

1
Teqlər:
bağban, Bakı, mebel salonu, ölüm, elektrik cərəyanı
Əlaqədar
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Qəbələ sakinini elektrik cərəyanı vurdu
Sürücünü cərəyan öldürdü
Aeroflot aviaşirkətinin Boeing 737-800 təyyarələri, arxiv şəkli

"Aeroflot" Bakıya uçuşlara başlayır

8
(Yenilənib 15:15 21.09.2020)
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günü keçiriləcək. Bakıdan təyyarə cümə axşamı 07:20-də, bazar günləri isə 02:50-də qalxacaq

BAKI, 21 sentyabr — Sputnik. Rusiyanın "Aeroflot" şirkəti sentyabrın 24-dən Moskva-Bakı-Moskva reyslərinə başlayır.

Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günü keçiriləcək. Bakıdan təyyarə cümə axşamı 07:20-də, bazar günləri isə 02:50-də qalxacaq. Reyslər tək Rusiya vətəndaşları üçün deyil, istəyən hər kəs üçün nəzərdə tutulub.

Xatırladaq ki, milli aviadaşıyıcı AZAL Bakı-Moskva reyslərini yerinə yetirir.

8
Teqlər:
Aeroflot, Moskva, Bakı, aviareys, təyyarə
Əlaqədar
Rusiya daha dörd ölkə ilə hava əlaqəsini bərpa edəcək
AZAL biletlərin dəyişdirilməsi və qaytarılması qaydalarını açıqladı
Təyyarə ekipajlarına həkimlər də daxil edilə bilər
Sinqapurun aviaşirkəti "son məntəqəsi olmayan uçuşlara" başlayacaq
Bakıda aviabieti olanlar aşağı qiymətə koronavirus testindən keçə biləcəklər