CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni konsepsiyanın qısa məzmunu - Ucuz taksilərə əlvida

© Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün çağrı mərkəzi kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri eldə etmək məqsədi ilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, Bakı Nəqliyyat Agentliyi (BNA) konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. BNA-dan verilən məlumata görə, konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.

Остановки для такси - Sputnik Azərbaycan
Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı konsepsiyası hazırdır

Sputnik Azərbaycan taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı hazırlanan konsepsiyanın taksi sahəsində qiymətlərə təsirini araşdırıb.

Qeyd edək ki, yayılmış bu informasiyadan sonra konsepsiyanın sosial şəbəkələrdə taksilərdə qiymət artımına gətirib çıxardacağı, bunun taksi xidmətində azad bazar prinsiplərinə mane yaradacağı, rəqabət mühitini aşağı salacağı barədə xəbərlər yer alıb.

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, on il əvvəllə müqayisədə bir sıra xidmətlərin qiyməti bahalaşsa da, taksi xidməti ucuzlaşıb.Bu isə məhz taksi sahəsində azad bazar mühiti sayəsində mümkün olub: "10 il əvvəl taksi xidmətində qiymətlər bu günkindən yüksək idi. Əslində biz bu gün bunun əksini müşahidə etməliydik. İllər keçsə də taksi xidmətində ucuzlaşma olub. Bu sırf bazarda rəqabətin nəticəsidir. Bazara iri taksi şirkətlərinin yaranması nəticəsində rəqabət mühiti yarandı. Biz Azərbaycan iqtisadiyyatında dövlətin payının çox olmasını mənfi hal kimi vurğulayırıq. Dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalıdır. Dövlət sahibkarlıqla məşğul olmamalıdır. Amma təəssüf ki, əsas vacib sektorlar dövlətin əlindədir. Taksi sektorunda da bu istiqamətdə atılan addımlar rəqabət mühitini pozacaq. Elə şirkətlər var ki, onların imkanı aşağıdır. Bazarda birtəhər duruş gətirə bilirlər. Qiyməti dövlət tənzimləsə bazardakı taksi şirkətlərinin sayı azalacaq. Zəif, kapitalı olmayan şirkətlər sıradan çıxacaq. Rəqabət mühiti pozulacaq və monopoliya yaranacaq".

Лондонские такси модели TX - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıya ağıllı taksi gətirildi - FOTO

S. Əliyevin fikrincə, monopolyada dövlət də iştirak edəcək: "Çünki, dövlətin özünün Bakı Taksi Şirkəti kimi müasir taksi parkı olan şirkəti var. Bu yaxınlarda Bakı Taksi Şirkəti 100 taksi gətirdi. O taksilər elektrik enerjisiylə işləyir. Yəni, istifadə etdikləri yanacağın maya dəyəri aşağıdır. Beləcə dövlət öz şirkətinə dəstək verəcək. Məmurlara məxsus taksi şirkətlər birtəhər duruş gətirə biləcəklər. Yerdə qalan, öz hesabına ayaqda dayanan kiçik taksi şirkətləri tədricən bazardan çıxacaq".

İqtisadçı deyir ki, taksi xidmətində qiymət tavanı tətbiq edilməli deyil. Qiyməti bazar tənzimləməlidir: Təcrübə göstərir ki, dövlət tərəfindən qiyməti tənzimlənən sahələrdə vəziyyət heç də ürəkaçan deyil. Məsələn, dövlət tərəfindən qiyməti tənzimlənən dərmanlar sıradan çıxır. Başqa adda dərmanlar gətirilərək baha qiymətə satılır. Taksinin qiymətinin qalxması da bunun davamı olacar".

Ekspert taksi xidmətində qiymət artımının psixoloji məqamının olacağını da söyləyir. Onun sözlərinə görə,taksi xidmətində qiymət artımı baş verərsə, digər sahələrdə də azərbaycansayağı qiymətlərdə bahalaşmanın olacağı qaçılmazdır. Onun sözlərinə görə, hökumət taksi xidmətinin keyfiyyət və standartları ilə bağlı qərarlar verməlidir. Taksi xidmətində qiymət tənzimlənməsi yolverilməzdir.

Остановки для такси - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda 1 manatlıq taksilər əvəzlənəcək

Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi xidməti sahəsində qiymət tənzimlənməsi siyasətinə ciddi ehtiyac var. Onun sözlərinə görə, hazırda taksi xidmətində qiymətlərdən elə taksi sürücüləri özləri də ciddi şəkildə narazıdır: "Bazara daxil olan iri taksi şirkətləri elə qiymət siyasəti yürüdür ki, o qiymətlər yerli taksi şirkətlərini sıxışdıraraq bazardan çıxardır. Qazanan isə iri taksi şirkətləri olur. Sürücünün taksidən qazandığı ailəsini dolandırmağa belə çatmır. Bu gün sərnişinlər özləri də etiraf edir ki, taksidə qiymət avtobusda gediş haqqından az fərqlənir. Yaxın məsafələrə iki manat ödəməklə gedən sərnişinlər var. Bu qiymət sərnişinə sərf etsə də, taksi sürücüləri iri xarici taksi şirkətləri tərəfindən istismar olunur. Onlar qazandıqlarının bir hissəsini taksi şirkətinə, bir hissəsini yanacağa verir, çox az hissəsi özlərinə qalır. Operatorlar belə müştəri yönəltmək üçün taksi sürücülərindən pul tələb edirlər. Bu sahədə tənzimlənməsinə ehtiyac duyulan bir sıra məsələlər var".

Ekspert deyir ki, konsepsiyada nəzərdə tutulan kvota məsələsinin tətbiqi isə bu gün üçün aktual deyil: "Kvota məsələsi bu gün üçün real deyil. Bu gün Bakı şəhərində 20-30 min taksi sürücüsü fəaliyyət göstərir. BNA taksiyə kvota müəyyənləşdirmək istəyir. Tutaq ki, paytaxtda 8-10 min civarında taksi sürücüsü olmalıdır. 10 min kvota müəyyənləşdirilibsə, bu o demək deyil ki, bundan artıq taksiyə xidmət üçün icazə verilməyəcək. Tələbata uyğun olaraq bu say artacaq. Amma dediyim kimi, kvotanın tətbiqi günün mövzusu deyil. Bu gün hələ də dövlət işlərində çalışanlar işdən sonra taksi fəaliyyəti göstərir. Xeyli sayda işsiz insan var ki, onlar şəxsi avtomobillərindən taksi xidməti göstərməklə evlərinə qazanc aparırlar. Bu o vaxt mümkün olacaq ki, insanlar üçün iş yerləri yaradılacaq, əhali işsizlik ucbatından taksi xidməti göstərməyəcək. Yəni, kvota bu günün yox, gələcəyin məsələsidir. Amma qiymətlə bağlı düşünürəm ki, tənzimlənməyə ehtiyac var".

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Taksi sürücüləri də koronavirusa görə müayinədən keçirilə bilər

Bakı Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Bu məsələ ilə bağlı bildirim ki, konspesiyada əksini tapan məsələlər istər mövcud problemlər istərsə də onun həlli yolları ilə bağlı olsun hər biri ətrafında təhlillər aparılıb, sürüclər arasında sorğular təşkil olunub. Aparılan bu cür kompleks təhlillər əsasında bu gün taksi xidmətinin real mənzərəsi müəyyən edilib.

Reallıq isə ondan ibarətdir ki, bu gün çağrı mərkəzi kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri eldə etmək məqsədi ilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar.

Bu proses, həm sifarişli şirkətlərlə əməkdaşlıq etməyən taksi sürücülərinin, həm də, sözügedən operatorlarla çalışan taksi sürücülərinin sosial rifahına mənfi təsir göstərir. Belə şirkətlərlə əməkdaşlıq, tənzimlənməyən əmək münasibətləri və qanunvericiliklə müəyyən olunan iş saatlarından artıq işə gətirib çıxarır ki, bu da, öz növbəsində, sərnişinlərin təhlükəsiz və keyfiyyətli xidmət əldə etmələrinə mane olur.

Bundan əlavə, mövcud qiymət uyğulaması nəqliyyat vasitələrinin istismarı və müntəzəm texniki baxışa dair tələblərinin ödənməsində də sürücülərə çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılması təklif olunur. Sistemin konsepsiyasına uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənən və icrası nəzarətdə saxlanılan minimal və maksimal həddi müəyyən edən vahid tarif sisteminin formalaşdırılması təklif olunur. Vahid tarif sistemi formalaşdıqdan sonra artıq bazarda fəaliyyət göstərən operatorlar bazarla müəyyən edilən minimal və maksimal həddən aşağı qiymətlər təklif edə bilməyəcəklər. Bunun əvəzinə, bazarın tələblərinə uyğunlaşaraq keyfiyyətli xidmət göstərməklə sağlam rəqabət aparacaqlar. Eyni zamanda, hal-hazırda tariflərin bazarla tənzimləmə mexanizmlərinin qanunvericiliklə müəyyən edilmədiyini qeyd etmək lazımdır".

Xəbər lenti
0