Instagram

Turizm şirkətinin direktorundan "Instagram"da edilən şikayət əsasında cinayət işi açıldı

34
(Yenilənib 22:39 31.08.2020)
Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülməklə "Avanqard" turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında

BAKI, 31 avqust — Sputnik. Vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilir. Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur. Sputnik Azərbaycan-a Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı "Avanqard" turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Həmin müraciətlər Baş prokuror tərəfindən nəzarətə götürülməklə "Avanqard" turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında 31 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

34
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

140
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

140
Mina Hüseyn

Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi

42
(Yenilənib 23:29 23.09.2020)
Müğənni Mina Hüseynin ARB kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni Mina Hüseynin Arb kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:

"Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu "saruçqa" geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı".

Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:

"Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm".

42