Vüqar Biləcəri (Paşayev), arxiv şəkli

"Heç kim Vüqarın yasına gəlməsin"

23
(Yenilənib 13:10 31.08.2020)
Müraciətdə bildirilir ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Meyxanaçı Rəşad Dağlının "Instagram" səhifəsində Vüqar Biləcərinin (Vüqar Biləcəri) atası Zakir Paşayevin adından müraciət yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər:

"Pandemiya ilə əlaqədar Vüqarın 3 mərasimi keçirilməyəcək. Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir".

Qeyd edək ki, meyxanaçı avqustun 29-da uzun müddət sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin dəfn mərasimində baş verənlərlə bağlı artıq bir neçə gündür mediada xəbərlər yayılır. Dəfn mərasiminə qatılan 60 nəfər sərt karantin rejimini pozduğu üçün cəzalandırılıb. Cəzalandırılanlar arasında meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı, Pərviz Bülbülə və başqaları da yer alıblar.

23
Bill Geyts

Bill Geyts tarix verdi - Həyat zaman normala dönər?

5
(Yenilənib 21:00 05.12.2020)
Bill Geyts inkişaf etdirilən peyvəndlər və müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazına qədər normala dönə biləcəyini söyləyib

BAKI, 5 dekabr — Sputnik. “Microsoft” şirkətinin qurucusu Bill Geyts pandemiyanın gedişatı ilə bağlı bir açıqlama verib.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Bill Geyts qarşıdakı 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağı ilə bağlı xəbərdarlıq edib. O, peyvənd istehsalının bahar aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını vurğulayıb.

Bill Geyts inkişaf etdirilən peyvəndlər və müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazına qədər normala dönə biləcəyini söyləyib. Milyonçu maska taxmağın və sosial məsafə saxlamağın vacibliyini bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Bill Geyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə qoyub.

5
Teqlər:
vaksin, pandemiya, Koronavirus, COVID-19, epidemiya, "Microsoft", Bill Qeyts, Bill Gates
Mövzu:
Dünyanı cənginə almış bəla
PPX avtomobili, arxiv şəkli

Koronavirus xəstələrinə cinayət işi açıldı

6
(Yenilənib 20:27 05.12.2020)
Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən elan edilmiş xüsusi karantin rejiminin Qazax, İsmayıllı və Tovuz rayonlarının ayrı-ayrı sakinləri tərəfindən pozulması halları müəyyən edilib.

Sputnik Azərbaycan Baş prokurorluğun məlumatına istinadla xəbər verir ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu, İsmayıllı rayon sakini Ziliyev Vüqar Təşkilat oğlu və Tovuz rayon sakini Verdiyev Rufan İlham oğlu COVID-19 virusu ilə bağlı test analizləri verməklə testlərin nəticələrinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, 04.12.2020-ci il tarixdə yaşadıqları evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıblar.

Faktla bağlı müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə göndərilib.

Hazırda qeyd edilən işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

6
Teqlər:
cinayət işi, Tovuz, İsmayıllı, Qazax, qayda pozuntusu, xəstə, karantin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar