Buludlu hava, arxiv şəkli

Avqustdan nəmli vida

317
(Yenilənib 13:08 30.08.2020)
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir

BAKI, 30 avqust — Sputnik. Azərbaycanda avqustun 31-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23,  gündüz  28-33,  Bakıda  gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz  20-25  dərəcə  isti olacaq.

317
Teqlər:
hava proqnozu
Avtomobil tıxacı, arxiv şəkli

Bakıda bir neçə istiqamətdə sıxlıq var: birinə qəza səbəb olub - FOTO

2
Mais Ağayevin sözlərinə görə, küçə və prospektlərdə sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir

BAKI, 27 noyabr — Sputnik. Paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq müşahidə olunur.  Sputnik Azərbaycan bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Sıxlıq müşahidə olunan ərazilər:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətində;
Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü;
Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində;
Neftçilər prospekti –Azneft dairəsi istiqamətində sıxlıq;
Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol.

Həmçinin, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunub.

3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

2
Teqlər:
sıxlıq, qəza, tıxac, Bakı
Bakıda avtobus, arxiv şəkli

BNA daşıyıcılara mesaj göndərdi

3
(Yenilənib 18:36 27.11.2020)
"Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeydlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür".

BAKI, 27 noyabr — Sputnik. Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədilə əks-epidemik tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, hər gün 30 istehsalat bazasında axşam xətdən qayıdan avtobuslar müvafiq qaydada yuyulur, təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur:

"Mütəmadi olaraq işlərə nəzarət məqsədilə əməkdaşlarımız gecə saatlarında istehsalat bazalarında olurlar. BNA əməkdaşları hər gün avtobusların dezinfeksiya edilməsi prosesinə nəzarət edirlər. Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeydlik olarsa, o zaman buna qarşı təcili tədbirlər görülür".

3
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, dezinfeksiya, mesaj, xəbərdarlıq, sərnişindaşıma, BNA
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar