Məmur portfeli, arxiv şəkli

Şikayəti olan dərdini deməyə yer tapdı: dörd saata 92 müraciətə baxdılar

20
(Yenilənib 18:32 28.08.2020)
Sessiya zamanı 92 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

BAKI, 28 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, əvvəlcədən vətəndaşlar kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılaraq Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 28-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə prokurorluqla sual-cavab sessiyası keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Sessiya zamanı 92 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib. Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

20
Elza Seyidcahan, arxiv şəkli

Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

2
(Yenilənib 13:38 19.09.2020)
"Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim"

BAKI, 19 sentyabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu sözləri Space TV kanalında yayımlanan "Hər səhər" proqramında deyib. O bildirib ki, hələ də dələduz cəzasını çəkməyib:

"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

2
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

4
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

4