İnsanlar Bakıda küçədə, arxiv şəkli

Bakı əhalisini ciddi təhlükə gözləyir, əgər qarşısı alınmazsa...

400
(Yenilənib 15:57 28.08.2020)
"Hesab edirəm ki, bizim görəcəyimiz işlər çoxdur. Tikintinin sürətlə davam etməsinə bir reaksiya vermək lazımdır. Bakı şəhər kənarına doğru genişləndirilməlidir" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Ürək-damar xəstəliklərinin yaranma riski atmosferin çirklənməsi ilə bilavasitə əlaqədardır. ABŞ-ın Klivlend Keys Rezerv Universitetinin kardioloqlarının gəldiyi nəticə belədir. Onlar havanın çirklənməsinin insan orqanizmində kardiometabolik proseslərin yaranmasına təsirini araşdırıblar və bildiriblər ki, bu, insulinə rezistentlik, ikinci tip şəkərli diabet və digər xəstəliklər yaradır. Tədqiqatın nəticələri ABŞ-ın "Journal of Clinical Investigation" nəşrində yer alıb.

Ekspertlər hesab edirlər ki, bu amillər ürək-damar xəstələri üçün təhlükəlidir. Belə ki, havadakı çirklilik xəstəliyin daha da kəskinləşməsinə, infarkt, insult və stenokardiyaya səbəb olur.

Bu nəticələri əldə etmək üçün tədqiqatçılar laboratoriya siçanları üzərində sınaq aparıblar. Onlar siçanları üç qrupa bölüblər: birinci qrup təmiz hava, ikinci qrup 24 həftə ərzində çirklənmiş hava ilə tənəffüs edib, digər qrup isə həddindən artıq yağlı qida qəbul edib. Patologiya çirkli hava ilə nəfəs alan və "yağlı" qidalarla qidalanan siçanlarda müşahidə edilib. Belə ki, bu qrup siçanlarda şəkər sürətlə yaranıb, miokardda distrofiya prosesləri müşahidə edilib.

Nəticə olaraq belə qənaətə gəlinib ki, təmiz hava ilə nəfəs alanda patoloji dəyişiklik azalır.

Qeyd edək ki, çirkli hava hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Havanın çirklənməsi miokard infarktının, insultun və digər bu kimi xəstəliklərin yaranmasında özül amil hesab edilir.

Bu gün ürək-damar xəstəlikləri ölkəmizdə də geniş yayılıb.

"Bu təsirlərdən qorunmaq üçün nə edilməlidir?" sualına cavab olaraq tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün urbanizasiyanın müşahidə olunduğu hər yerdə çirkli hava problemi ilə qarşılaşmaq mümkündür: "Havanın çirklənməsi 1 kubmetr havada olan benzofenon törəmələrlə təyin edilir. Xərçəng əmələ gətirən toksiki maddələr də var. Neftdən, yanacaqdan əmələ gələn, havaya buraxılan digər tullantılar bəzən atmosfer havasında çöküntü şəklində qalır. Sübut olunub ki, 1 kubmetr havada 1 nanoqram benzofenon törəməsi varsa, bu, 20 adamdan birində ağciyər şişi yarada bilər".

"Havanın çirklənməsi nə qədər çoxdursa, əhali bir o qədər risk altındadır. Bu gün Bakı şəhərində ən böyük problem odur ki, iki addımlıqda köhnə binaları söküb yerində yenisini ucaldırlar. Park tikilmir, yaşıllıq məhdudlaşdırılıb, şəhər bərbad hala salınıb. Bu gün Bakı şəhərinin yaşıllaşması ilə bağlı çox ciddi problemlər var", - deyə ekspert əlavə edib.

O bildirib ki, gələcəkdə infrastruktur qurulmadan tikintilərin davam etdirilməsi daha böyük problemlərə səbəb ola bilər: "Hesab edirəm ki, bizim görəcəyimiz işlər çoxdur. Tikintinin sürətlə davam etməsinə bir reaksiya vermək lazımdır. Bakı şəhər kənarına doğru genişləndirilməlidir".

"Artıq şəhərin mərkəzində də havanın ağırlığı hiss olunur", - deyə A.Qeybulla vurğulayıb. 

400
Əlaqədar
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
Qızın iki adaxlısı olanda! TƏBİB-lə Səhiyyə Nazirliyi vuruşur, xəstə Allahın ümidinə qalıb
Evini götür, get - Azərbaycanda indi bu da mümkündür
Virusa qalib gəlib ondan qazanc əldə etmək olar - Bundan ötrü Rusiyaya getməlisiniz
Artıq çəki koronavirus peyvəndinin təsirini azaldır

DİN-dən əhaliyə növbəti terror xəbərdarlığı

0
"Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq"

BAKI, 26 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir: "Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!"

0
Teqlər:
DİN, xəbərdarlıq, terror
Əlaqədar
ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun
Hikmət Hacıyev: Bu səfər Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Hikmət Hacıyev: Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur
Türkiyədə terror təhlükəsi – ABŞ səfirliyi fəaliyyətini dayandırdı

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

12
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12