CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün əhəmiyyətli qərar açıqlanacaq - Həm məktəblər, həm də karantin rejimi ilə bağlı

© Sputnik / Murad OrujovNazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdə koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin yenidən uzadılacağı gözlənilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Yeni tədris ilinin başlanması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün saat 17:00 radələrində brifinqi keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, brifinqdə yeni Təhsil naziri Emin Əmrullayev də iştirak edəcək və bu barədə məlumat verəcək. 

Bu gün karantin rejiminin davam edib-etməyəcəyi barədə də qərar açıqlanacaq. Məlumatlara görə, ölkəmizdə koronavirus pandemiyasına görə ölkəmizdə tətbiq edilən karantin rejiminin uzadılacağı gözlənilir.

Xəbər lenti
0