Baş Prokurorluq

Prokurorluq: Ağacların qırılmasına bələdiyyə sədri göstəriş verib

13
(Yenilənib 11:48 27.08.2020)
Faktla bağlı Göyçay rayon prokurorluğunda qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb.

BAKI, 27 avqust – Sputnik. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Göyçay rayon prokurorluğundan Sputnik Azərbaycan-a bildirilib ki, lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

13

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

7
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

7
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

11
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

11
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Nikol Paşinyan, arxiv şəkli

Paşinyandan növbəti etiraflar: Aprel döyüşü şifahi vədlə dayandırılıbmış

0
Ermənistanın baş naziri Qarabağda müharibənin qarşısını ala bilməməsi barədə ittihamlara cavab verərkən müəyyən təfərrüatı da açıqlayıb

BAKI, 5 dekabr — Sputnik. 2016-cı ildəki Aprel döyüşləri Ermənistan hökumətinin Azərbaycana əraziləri qaytarmaq barədə şifahi vədi əsasında dayandırılıb. Sputnik Ermənistan yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özü və hökumətinin müharibəni dəf etmədikləri barədə ittihamlara cavab vermək məqsədli videomüraciətində deyib.

“Əgər siz müharibədən qaça bilərdinizsə, bunu 2016-cı ildə edəydiniz. Siz bunu edə bilmədiniz. Siz şifahi olaraq söz verdiniz ki, əraziləri təhvil veririk, o zaman dayandırdınız. Bəs bizə niyə eyni şey müyəssər olmadı? Çünki bizə deyildi ki, Ermənistan artıq bir neçə dəfə söz verib, amma yerinə yetirməyib, ona görə də söhbət ancaq yazılı surətdə və konkret müəyyənləşdirilmiş tarixlər əsasında baş tuta bilər”, - Paşinyan deyib.

O əlavə edib ki, müharibəni yalnız imzalanmış sənəd əsasında dayandırmaq mümkün idi və bu, noyabrın 9-da, yaxud müharibədən əvvəl və ya o başladığı ilk günlərdə baş tuta bilərdi. Nazir xatırladıb ki, müharibənin ilk günündə parlament tribunasında hansı şərtlər əsasında müharibəni dayandıra biləcəyini açıqlayıb, amma nə bu şərtlərlə razılaşan oldu, nə də bu barədə kütləvi çıxışlar edildi.

“İndi isə məlum olur ki, hamı ərazilərin 5+2 fotrmatda geri qaytarılmasına razı imiş. Əgər bu belə idisə, bunu 2016, 2017-ci illərdə edəydiniz. Müharibədən qaçaydınız. Problemi həll edəydiniz. Xüsusilə də Aprel müharibəsindən sonra nüansları bilirdiniz. Bəziləri elə bilirlər ki, Azərbaycan bu 5+2 formatını alqışlayır. Bu sadəcə müzakirə olunmalı təklif idi, Ermənistan bu varianta razı olan kimi isə Bakı daha çoxunu – Şuşa ilə Laçını - istəyəcəkdi”, - Paşinyan deyib.

Onun sözlərinə görə, hökumətin Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinə icazə verdiyi barədə ittihamları da anlamır. Paşinyan deyib ki, bu hadisə hələ 10 il bundan qabaq, erməni hökumtəi futbol diplomatiyası görüntüsünü yaradanda başladı və Ankara işğal olunmuş ərazilərin azad olunması barədə ilkin şərt irəli sürdü.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
aprel döyüşləri, müharibə, etiraf, Nikol Paşinyan, Ermənistan, Türkiyә, Azərbaycan, Qarabağ