Bakınımn mərkəzində insanlar, arxiv şəkli

Çindən sonra ikinci: Azərbaycanı demoqrafik faciə gözləyirmi?

435
Azərbaycan doğulan qız və oğlan uşaqlarının cins nisbətində pozulmaya görə Çindən sonra dünyada ikinci yerdədir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 59356 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

 Rəqəmlər ölkəmizdə doğulan oğlan uşaqlarının sayının qızlardan dəfələrlə çox olduğunu deyir. Məhz buna görə də Azərbaycan doğulan uşaqların cins nisbətində pozulmaya görə Çindən sonra dünyada ikinci yerdədir.

Cins nisbətinin pozulmasında selektiv abortların rolu nə qədərdir? Bu tendensiya davam edərsə, qarşıdakı illərdə bizi hansı faciələr gözləyir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-105-107 çərçivəsində olmalıdır. Son illər əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-115) qalxmasını müşahidə edirik. 2000-ci ildə ölkə üzrə doğulan uşaqların sayı 116 994 olub, onlardan 53,6%-i (62590 nəfəri) oğlan, 46,5%-i  (54 404 nəfəri) isə qız olub. 2018-ci ildə ölkə üzrə 138 982 uşaq dünyaya gəlib, onlardan 53,4%-i yəni 74 224 nəfəri oğlan, 46,6%-i, yəni 64 758 nəfəri qızdır. 2019-cu ildə doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Əlbəttə ki, statistik göstəricilərin belə davam etməsi gələcəkdə demoqrafik disbalansın yaranmasına gətirib çıxara bilər. Ümumiyyətlə, təhlillər göstərir ki, ailələr ilk uşaq qız olanda ikinci övladın mütləq oğlan olmasını arzulayırlar".

"İkincisi, müasir kontraseptiv vasitələrdən istifadə etməklə hər bir ailə uşaqların dünyaya gəlmə vaxtını qərarlaşdıra və arzu etdikləri sayda övlad sahibi ola bilərlər. Müasir kontraseptiv vasitələr hamiləliyin planlaşdırılmasının ən sağlam yoludur. Eyni zamanda, oğlan uşağına verilən üstünlüyə səbəb olan stereotiplərin aradan qaldırılması ilə bağlı maarifləndirmə işlərinin daha da gücləndirilməsi gündəmdə dayanan məsələlərdəndir. Qeyd etmək lazımdır ki, gender bərabərsizliyi ənənələrindən irəli gələn stereotiplər və patriarxal ənənələrin hələ də davam etməsi qız uşaqlarına ailədə və cəmiyyətdə mənfi münasibətin göstəricisidir. Selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər", - deyə həmsöhbətimiz bildirib.

A.Veysəlova deyir ki, ölkədə ilk dəfə 2012-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat” aparıb: "Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və ASAN Xidmətin dəstəyi ilə 2016-cı ildə ölkədə abortlarla bağlı onlayn sorğu keçirilərək, təhlil hazırlanıb. Vacib məsələlərdən biri də bu istiqamətdə vətəndaş cəmiyyətinin fəallıq göstərməsidir. 

Bunun üçün son illər birgə layihələr həyata keçirilir. 2016-2019-cu illərdə  BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilib, sosial çarxlar hazırlanıb. 11 oktyabr “Qızların Beynəlxalq Müdafiə Günü” ilə bağlı “ Atalar və Qızlar” foto sərgi, festival keçirilib, “Qız yükü” tamaşas;nın ictimai baxışı olub. BMT Əhali Fondu, Avropa İttifaqı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” həyata keçirilib. Layihə çərçivəsində “Media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media nümayəndələrinin bacarıqlarının artırılması” üzrə Praktik seminar, eyni zamanda, Şamaxı şəhərində oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram çərçivəsində “Bərabər imkanlara əsaslanmış daha yaxşı gələcək naminə” Yay məktəbi  təşkil edilib. 2020-ci ildə “Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı” təsdiq olunub. İnanırıq ki, aparılan bu işlərin nəticəsində müsbət nəticələr əldə olunacaq".

435
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

1
Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb.

 

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

1

Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi

45
Prezident: "Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"

BAKI, 19 sentyabr — Sputnik. “Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib: "Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev.

Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu, kasıb ailədə və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər insan kimi, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu.

O vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.

Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton.

İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqının yanacağı 80 faiz Azərbaycan tərəfindən təmin edilirdi, sürtgü yağları 90 faiz Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu və bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq, görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft daşları” ilə bağlı olacaq. Amma “Neft daşları” hansı vəziyyətdə idi o vaxt? Mən xatırlayıram, “Neft daşları”na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi”.

45