CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sirrin üstü açıldı – Azərbaycan gözəli türk iş adamı ilə şəkillərini yaydı

© Photo : Instagram / gunelagayevaofficialГюнель Агаева, фото из архива
Гюнель Агаева, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Günel Ağayeva artıq bir neçə aydır ki görüşdüyü, lakin hələ ki münasibətləri qanuniləşdirmək niyyətində olmadığını sevgilisini göstərib

BAKI, 27 avqust — Sputnik, Kəmalə Əliyeva. "Azərbaycan Gözəli 2016" müsabiqəsinin qalibi Günel Ağayeva ilə türkiyəli iş adamı arasında sevgi münasibətləri yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, Ağayeva sevgilisi ilə birgə fotolarını "Instagram" səhifəsində paylaşıb.

© Photo : Instagram / gunelagayevaofficialGünel Ağayevanın paylaşımının skrinşotu
Sirrin üstü açıldı – Azərbaycan gözəli türk iş adamı ilə şəkillərini yaydı - Sputnik Azərbaycan
Günel Ağayevanın paylaşımının skrinşotu

Model uzun müddət şəxsi həyatını uğurla gizlədib, amma indi özü Türkiyədə ciddi biznesi olan sevgilisini dünyaya tanıtmaq qərarına gəlib. Onlar bir neçə aydır ki görüşürlər, amma hələlik münasibətlərini qanuniləşdirməyi düşünmürlər.

Победительница Miss Azerbaijan-2015 Натали Соколевская, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi

Günel Ağayeva Türkiyədə iki ildən çoxdur ki yaşayır və orada teatr təhsili alır. Model reklam layihələrində iştirak etməyi, həmçinin Türkiyə və Azərbaycan filmlərində çəkilməyi planlaşdırır.

Bir qədər əvvəl Ağayeva "Hande Ataizi ile" nikah verilişində iştirak edib, lakin nikah iddiaçısından ayrılaraq şounu tərk edib.

Bundan əlavə, model məşhur türk müğənnisi Serdar Sayqılının klipində çəkilərək onun sevgilisi rolunu oynayıb. O, həmçinin Türkiyədə müxtəlif klublarda DJ kimi çalışıb.

Xəbər lenti
0