Eldar Əzizov, arxiv şəkli

“İşinizi düzgün görün!” Eldar Əzizov vəzifəli şəxsləri cəzalandırıb

43
(Yenilənib 11:33 27.08.2020)
Çatışmamazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və daha iki nəfər cəzalandırlıb

BAKI, 27 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda sanitar-təmizlik tədbirlərinə diqqət artırılır, görülən işlərə nəzarət etmək üçün monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələri onu göstərir ki, şəhərin mərkəzi və əksər rayonlarda sanitar təmizlik məsələləri qənaətbəxş olsa da, bu işlərlə yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin məşğul olduğu bəzi kənar ərazilər və qəsəbələrdə müəyyən problemlər qalmaqdadır.

Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib
© Official website of President of Azerbaijan Republic

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

Aşkar edilən çatışmamazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, RİHBA rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və RİHB-nın Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılib.

Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.

Qeyd olundu ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.

Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.

Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.

43

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

13
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

13
Çadır, arxiv şəkli

Azərbaycan turizmində yeni mərhələ: Hoteller turistlərə çadır təklif edəcəklər

77
(Yenilənib 20:24 24.09.2020)
"Pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Bu gün Rusiya kimi böyük ölkələrdə də yayda hotellərdə yer tapılmır. Bu gün bir çox ölkələr gəlmək istəyən turistləri geri qaytarmamaq üçün bir təcrübəni sınaqdan keçiriblər. Belə ki, bu ölkələrdə bir qədər yüksək komfortu olan, müəyyən mebellərlə təmin olunmuş çadırlar qurulur".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da bu təcrübədən yararlana bilər: "Hazırda bununla bağlı olaraq biz belə çadırlar istehsal edən bir şirkətlə danışıqlar aparırıq ki, sonradan bununla bağlı hotellərə tövsiyəmizi verək. Yəni pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq. Eyni zamanda da Bakı əhalisini rayonlara cəlb etməliyik. Bunun üçün isə müəyyən ekoturlar təşkil oluna bilər. Düşünürəm ki, Bakıda böyüyən, yaşayan biri üçün balın necə hazırlanması, arıçılıq, eyni zamanda bu kimi digər təsərrüfatlarda bir gün keçirtmək maraqlı olar. Təbii ki, bunun üçün həm də turistlərin gecələmə imkanları da təmin edilməlidir. Yəni bütün bunların olması eyni zamanda kəndlərdə turizm məqsədilə icarəyə verilən evlərin sayının artması, hotellər, hostellərin daha da inkişafı deməkdir".

"Kənddən-şəhərə" də bu addıma qoşula bilər. Lakin biz bunu görmürük. Halbuki, onların konsepsiyasında da bu malların həm də turizm məqsədilə tanıtımı nəzərdə tutulub", - deyə ekspert qeyd edib.

77
Əlaqədar
Hava limanında turistlərə görə daha bir dezinfeksiya tədbiri
Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları
Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”
Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər və yeyib-içmək
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

0
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

0
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"