CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fərdi yaşayış və bağ evləri ciddi bahalaşıb

© Sputnik / Irade JELILMurtuza Muxtarovun bağ evi
Murtuza Muxtarovun bağ evi - Sputnik Azərbaycan
Abunə olmaq
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb

BAKI, 27 avqust – Sputnik. Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiymətində artım olub.

Sputnik Azərbaycan-ın Trend-ə istinadla xəbərinə görə, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov iyul ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti 4.5 faiz bahalaşıb.

Onun sözlərinə görə, bahalaşma daha çox orta və ucuz qiymətə olan bağ evlərində qeydə alınıb. Bahalı evlərdə isə 0.71 faiz azalma müşahidə olunub.

Ekspert vurğulayıb ki, artım əsasən mövsümi xarakter daşıyır.

Xəbər lenti
0