Qaz plitəsi, arxiv şəkli

Qazı olmayanlar, bu xəbəri oxuyun, bəlkə, siyahıda sizin adınız var?

94
(Yenilənib 22:47 26.08.2020)
Avqustda hava bir-iki gün soyumaqla abonentlər qazın zəifləməsindən, yaxud ümumiyyətlə kəsilməsindən şikayətləndilər. "Azəriqaz" rəsmisi isə onların bu narahatlığını cavablamaqdan əlavə, ilin sonunadək kimləri mavi yanacaqla sevindirəcəklərini açıqlayıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Son günlər daha öncəki günlərlə müqayisədə havalar bir qədər soyuq keçir. Sentyabrdan hava şəraiti dəyişilərsə, qazın gündəlik verilişinin həcmində artımlar olacaqmı? Sputnik Azərbaycan xəbər verir ki, bu və digər suallara "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov aydınlıq gətirib.

"Hava şəraiti cəmi bir neçə gün sərt keçdi. Hətta hidrometeoroloqlar avqust ayını sürprizlərlə dolu ay kimi xarakterizə etdilər. Belə olan halda rejimlərə uyğun qaz təchizatı tənzimlənir. Hava şəraitindən irəli gələrək tələbat artırsa, ümumi şəbəkəyə qəbul olunan qazın həcmi də buna uyğun verilir. Məsələn, deyək ki, hava bu gün sərt keçir, bu o demək deyil ki, dünənki tələbata uyğun qaz veriləcək. Bu günün tələbi başqadır, artıq hava soyuyub, deməli, rejim də ona uyğun tənzimlənir. Ümumilikdə nəzər yetirsək, ötən ilin eyni günləri ilə müqayisədə sutkalıq qaza olan tələbat o qədər də çox olmayıb. Məsələn, götürək avqust ayının 23-nü. Həmin gün hava şəraiti daha çox soyuq olması ilə seçilirdi. 2019-cu illə müqayisədə respublika üzrə qaza tələbat həmin gün cəmi 1 876 248 kubmetrdən artıq olmayıb. Yəni ötən il avqustun 23-də 7 900 328 kubmetr, bu il isə 9 776 576 kubmetr qəbul həcmi qeydə alınıb. Artım az həcmdə olsa da, bütün bölgələrdə qeydə alınıb, lakin daha çox Zaqatala, Xaçmaz, Ağsu, Gəncə və Şəmkir Regional qaz istismarı İdarələrinin xidmət sahələrində qaza tələbat digər yerlərdən bir qədər çox müşahidə olunub", - deyə "Azəriqaz" rəsmisi bildirib.

O, bir çox abonentləri narahat edən suallara da aydınlıq gətirib. "Bəzi ərazilərdə qazın verilişinin həcminin azalmasının səbəbi nədir?" sualına cavab olaraq bildirib ki, hava şəraiti dəyişdikcə bu proses tənzimlənir: "Bəzən qəflətən havanın temperaturunda kəskin dəyişiklik baş verir. Rejimlərin tənzimlənməsi də müəyyən qədər vaxt aparır. Harada problem olursa, tədricən aradan qaldırılır".

C.Səfərovun sözlərinə görə, 2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən hazırlanmış tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir.

"Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2020-ci ilin yanvar-iyul ayı ərzində 328,9 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı və regional qaz təsərrüfatı strukturlarının tərtib etdiyi proqram əsasında da işlər görülüb. Belə ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində 290.89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28.37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 2020-ci ilin yanvar - 14 avqust dövrü ərzində "Azəriqaz" İB üzrə kipliyə yoxlanılması nəzərdə tutulmuş 1125 ədəd qaz kəmərindən 715 kəmər (63%) kipliyə yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb", - C.Səfərov qeyd edib.

Müsahibimiz bildirib ki, cari ildə dövlət sifarişi ilə regionlarda 380, Bakı şəhərində 2750; vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma xətti ilə regionlarda 14 200, Bakı şəhərində 6400 fərdi ev qazlaşdırılıb: "Qarşıdan gələn mövsümdə dövlət sifarişi ilə regionlarda 8300-ə yaxın, Bakı şəhərində 5900-ə yaxın fərdi evin qazlaşdırılması nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə ərazisində vətəndaşların öz sifarişi ilə fərdi qazlaşma işləri də davam etdirilir".

"Bakı şəhəri üzrə 07.01.2020-ci il tarixindən 25.08.2020-ci il tarixə qədər 218 mənzil tikinti kooperativi (MTK) üzrə 16 793 mənzilə təbii qaz verilib. Regionlar üzrə eyni zaman intervalında 13 MTK üzrə 2367 mənzilə təbii qaz verilib. Lakin növbəti aylarda nə qədər binada mənzillərin qazlaşdırılacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu yeni tikililərin istismara qəbul olunmasından asılı olaraq icra ediləcək", - deyə o əlavə edib.

Qurum rəsmisinin sözlərinə görə, cari ildə Gəncə şəhərinin Şıxzamanlı və Cavadxan qəsəbələrində 2 yeni massiv, Yevlax rayonunda 4 yaşayış məntəqəsinin, Abşeron rayonunda 2 yeni yaşayış massivinin, Ağdaş rayonunda 21 yaşayış məntəqəsinin, Ağstafa rayonunda 1 yeni yaşayış massivinin, Daşkəsən rayonunda 2 yaşayış məntəqəsinin, Gədəbəy rayonunda 4 yaşayış məntəqəsinin, Göyçay rayonunda 3 yaşayış məntəqəsinin, Göygöl rayonunda 1 yaşayış məntəqəsinin, İsmayıllı rayonunda 1 yaşayış məntəqəsinin, Samux rayonunda 1 yeni yaşayış massivinin, Siyəzən rayonunda 2 yaşayış məntəqəsinin, Şabran rayonunda 4 yaşayış məntəqəsinin, Şəmkir rayonunda 1 yaşayış məntəqəsinin və 2 yeni yaşayış massivinin, Tovuz rayonunda 2 yaşayış məntəqəsinin, Şamaxı rayonunda 2 yaşayış məntəqəsinin, Bərdə rayonunda 1 yaşayış məntəqəsinin, Kürdəmir rayonunda 2 yaşayış məntəqəsinin, Lerik rayonunda 3 yaşayış məntəqəsinin, Bakı şəhərində 31 yeni yaşayış massivinin qazlaşdırılaraq təbii qazla təmin olunması nəzərdə tutulub.

94
Əlaqədar
"Azeriqaz" İB abonentlərin şikayətini araşdırmaq üçün nəzarətə başlayıb
Rəsmi qurum sayğaclarla bağlı dolaşıq fikirlərə aydınlıq gətirdi
Prezidentin tənqid etdiyi məsələ necə həll olunur - İtkinin qarşısı belə alınır
Bir neçə yaşayış massivinin sakinlərinə şad xəbər
Yayın cırhacırında qışın problemini həll edirik: Borc var, borc ödəyən isə yox
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

13
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

13
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat
Quşlar

Quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirilib

7
(Yenilənib 23:48 01.12.2020)
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub.

BAKI, 1 dekabr — Sputnik. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. İlk monitorinq 2-6 noyabr 2020-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Abşeron yarmadasını, Şirvan Milli Parklarının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatını və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhərindəki, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.

7