Bakubus avtobusu, arxiv şəkli

Avtobus sürücüsünü maskaya görə vuran şəxs saxlanılıb - VİDEO

35
Fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

BAKI, 26 avqust — Sputnik. "İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub".

Bakı şəhər Baş Polis İdarəsin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

35
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

5
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

5
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qoçəhmədli kəndində məscid

Ümid edirəm, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər - FOTO

8
(Yenilənib 18:20 30.11.2020)
Anar Kərimov: "Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

BAKI, 30 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

O, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

8
Teqlər:
erməni vandalizmi, məscid, Füzuli, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə